Performans menecment sistemi işçiləri nəticəyə (dəyər yaratmağa) kökləyən çox effektiv strateji idarəetmə alətidir. Düzgün icra edildikdə şirkətdə performans mədəniyyəti yaranır, hər kəs nəticəyə (KPI-lara) fokuslanır, özünü həsr edir.
Bizim şirkətlərin əksəriyyətində isə buna mənfəətin bir hissəsinin bölüşdürülməsi kimi baxırlar ki, bu çox yanlışdır. Yəni tamamilə mənfəətin üzərində qururlar. Guya işçilərin KPI-ları var, amma yekunda bonus mənfəətə bağlanır. Məsələn, kimlərsə KPI-nı 100% (hətta daha artıq) yerinə yetirir, şirkət mənfəət qazanmır deyə, onlar da bonus almırlar. Zərər olanda heç kim bonus almır. Bu halda arzuolunan performans mədəniyyəti formalaşmayacaq və sistemə inam azalacaq.
Əslində (idealda) əvvəldən bilinməlidir ki, işçiləri KPI-ları yerinə yetirəndə nə qədər bonus alacaqlar.