Bir çox biznes “öz oxu ətrafında” fırlanır.
Onların əsas istinad nöqtəsi bazar yox, özləridir.
Daxildə hər şey qaydasında görünür: proseslər işləyir, nəticələr pis deyil, hətta bəzən öz rekordlarını da yeniləyirlər.
Amma kənardan baxanda başqa mənzərə görünür — şirkət bazardan qopmağa başlayıb.
Müştəri dəyişir, rəqiblər dəyişir, oyun qaydaları dəyişir.
Onlar isə hələ də öz daxilində “yaxşı işlədiklərini” düşünürlər.
Problem də buradan başlayır: şirkət özünü böyük kontekstdə görə bilmir.
Və bir gün ayılıb görür ki, 5 il əvvəlki mövqeyindən əsər-əlamət qalmayıb.
Strateji idarəetmə bir az da budur: özünə baxmaq yox, özünü harada olduğun kontekstdə görmək.