Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Sahibkarın menecerliyi və ya “işin üstündə olmaq”

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Bizim əksər şirkətlərin şirkət sahibləri tərəfindən idarə olunması faktdır. Bəzilərində isə nominal direktor təyin olunsa da, həmin direktor reallıqda bir çox qərarları vermək səlahiyyətində olmur.

Bunu sahibkarların çoxu belə əsaslandırırlar ki, işin üstündə olmasan, “oğurlayıb yeyəcəklər” şirkəti. Yeganə motiv bu da deyil heç. Bəziləri “müdirliyin” dadını çıxarmaq istəyirlər sadəcə. Öz şirkətlərinin başqası tərəfindən idarə olunmasını qəbul edə bilmirlər.

Özlərini inandıra bilmirlər ki, idarəetməni peşəkar menecerə həvalə etməklə daha yaxşı nəticələr əldə etmək mümkündür.

Yalnız sahibkarlıq və menecmentin ayrılması halında normal şirkətdən danışmaq olar. Bu halda sağlam müzakirədən, qərarların normal şəkildə qəbulundan söhbət gedə bilər. Çünki rəhbərlə işçinin şirkətə olan məsafəsi eynidir. Rəhbər deyə bilmir ki, “öz pulumdur, özüm bilərəm”.

Sahibkarın bu sözü demə ehtimalı həmişə olduğu üçün qərarvermə mühiti o qədər də saf olmur. İşçilər bu halda yeni ideyalara da o qədər həvəsli olmurlar. Beləliklə, avtoritar ab-hava olur şirkətdə.

Menecerlərin öz maraqlarını şirkətin maraqlarının önünə çəkməsi halı da geniş yayılmışdır praktikada. Buna sahibkar-menecer problemi (agency problem) deyilir. Bununla belə, ümumi qəbul olunmuş fikir ondan ibarətdir ki, menecmentin sahibkarlıqdan ayrılması daha peşəkar şirkətin və idarəetmənin qurulmasına gətirib çıxarır əksər hallarda.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu