Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Peşəkar rəhbər

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Rəhbərin peşəkarlığından yazıram. Daha doğrusu, bunun şirkət üçün əhəmiyyətindən.
Əvvəlcə baxaq ki, mənim üçün rəhbərin peşəkarlığı nə deməkdir. Peşəkarlıq işini bilmək deməkdir. Sırf menecment baxımından işini bilmək. Bu, özünü bütün münasibətlərdə göstərməlidir:
-işçilərlə münasibətdə,
-müştərilərlə münasibətdə,
-təchizatçılarla münasibət,
-rəqiblərə münasibətdə
-sahibkarla münasibətdə və s.

Bəzən “işini bilmək” ifadəsini səhv anlayırlar. Məsələn, şirkətin işi kərpic istehsalıdırsa, rəhbərin kərpicin kimyəvi quruluşunu bilməsi o qədər də həlledici deyil. Bunu bilərsə, əlavə üstünlük olar. Amma bu, rəhbərin peşəkarlığı üçün meyar deyil. Peşəkar rəhbər yaxşı menecerdir – bu qədər sadə!


Peşəkar rəhbər ümumi məqsədlər naminə resursları düzgün istiqamətdə səfərbər edə bilir, motivasiyanı düzgün qura bilir. Bütün işçiləri inandıra bilir ki, hamısının məqsədi eynidir. Motivasiya yerində olanda işçilər işə gəlməyi təkcə müqavilə öhdəliyi kimi qəbul etmir, onları işə gətirən başqa hansısa dəyərlər də var onlar üçün.
Peşəkar rəhbər işçilər üçün “əlçatmaz ” olmayacaq. Hər zaman işçilərin yanında olacaq. Şirkətdə hamının fikri “eşidiləcək”. Yeni ideyalar təşviq ediləcək. Qərarvermədə daha çox şəxsin iştirakını təmin edəcək.
Peşəkar rəhbərlə işçini qorxu yox, qarşılıqlı hörmət bağlayacaq. Onlar tam əmin olmalıdılar ki, hər ikisi eyni məqsədə doğru hərəkət edir.
Peşəkar rəhbər işçilərlə münasibətdə ədalətli olacaq, ayrıseçkilik etməyəcək.
Peşəkar rəhbər bütün resursları, o cümlədən öz vaxtını səmərəli idarə edəcək. Daha çox koordinasiya və nəzarətə üstünlük verməklə digər işləri işçilərə ötürəcək. Yəni yalnız o işləri görəcək ki, komandada o işi ayrı heç kim görə bilməsin.
Rəhbər peşəkar olanda biznes proseslərdə də heç bir axsama olmur. Hamı, bütün resurslar “yerində” olur.
Nə qədər güclü, kreativ komanda olsa da, əgər rəhbər onların təkliflərini başa düşmürsə, bunun heç bir mənası olmur. Ona görə də rəhbərin peşəkarlığı inkişaf üçün zəruri şərtdir.
Ümumiləşdirsək, şirkətin peşəkarlığı rəhbərin peşəkarlığından keçir!

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu