Şirkət strukturunun optimallaşdırılması hər zamanın aktual mövzusudur. Sturktur optimal olmayanda şirkətin itkisi təkcə xərclərin çox olması olmur. Çoxmüdirlilik əlavə problemlər yaradır, bürokratiya ola bilir, nəzarət çətinləşir, çaşğınlıq olur, qarışıqlıq olur, duplikatlar ola bilir və s. Bəs bu problemlərin köklü həlli nədədir? Çox sadə cavab gözləmək sadəlöhvlük olar. Mən sadəcə inandığım prinsipi mümkün qədər sadə dildə təsvir edəcəyəm.
Strukturun optimal olmasını istəyiriksə, 4 mərhələni xüsusi diqqətdə saxlamalıyıq:
1. Şirkət nə istədiyini dəqiq bilməlidir
2. Şirkətin istəyinin reallaşdırılma şəkli (biznes model) bəlli olmalıdır
3. Şirkətin istəyinə və biznes modelə uyğun iş (icra) yükü çıxarılmalı, İCRAÇI heyətin sayı və profili (tələb olunan bacarıqlar, biliklər və s.) müəyyən olunmalıdır.
4. İcra yükünün əsasında optimal İDARƏETMƏ yükü/ehtiyacı çıxarılmalı, menecer heyəti və şöbələr müəyyənləşməlidir. Burada artıq hesabatlıq, nəzarət (span of control), kommunikasiya, şirkət mədəniyyəti, şirkətin həyat tsikli və başqa amillər nəzərə alınır.