Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq

Müştəri nə istəyir?

Dekabr 18, 2024
in Marketinq, Marketinq strategiyası, Ümumi

Müştərilərin istəkləri hər gün artır. Bitmək bilmir. Bugünki müştəri daha tələbkar olub.
Fakt odur ki, müştərilərin istəkləri var, onun qarşılanmasına ehtiyac var. Bunun qarşılanması artıq müştərinin problem olmaqdan çıxıb. Bu istəklərin qarşılanması şirkətlərin, satıcıların problemidir. Kim qarşılaya biləcəksə, müştəri onunku olacaq.
Müştərilərin istəklərinin artması bu gün qlobal bir məsələ olub. Baxın, gedib xaricdə hansısa xidmət görürük, gəlib öz ölkəmizdə də onu istəyirik. Buna misal olaraq bir olmuş hadisəni paylaşım.
Bir həftə öncə dostlarımla restoranda idik. Restoranın administratoru yaxınlaşıb soruşdu ki, necədir, nəsə bir istəyiniz varmı? Dostumun ona sualı belə oldu: “Maşının açarını versəm aparıb təkərini dəyişib gətirə bilərsinizmi? Sizdə belə bir xidmət varmı?”
Əlbəttə, ilk olaraq bunu hamımız gülüşlə qarşıladıq. Hətta sosial şəbəkələrdə bölüşdük bu epizodu. 🙂 Əslində isə bu, bugünki müştərinin istəyinin hara qədər gəldiyinin göstəricisidir. Xaricdə oxşar xidmətlərin olduğu üçün Bakıdakı restoranlardan həmin xidmətləri gözləyir bugünki müştəri. Bu, müştərinin istəklərinin artmasının qlobal təsiridir.
Madam ki, müştəri tələbatının ödənilməsini istəyir, deməli ona qulaq asılmalı, istəkləri tam öyrənilməli, uyğun reaksiya verilməlidir.

Müştəri diqqət istəyir, ona önəm verməyini istəyir. Onlar haqda düşünməyini istəyir.
Müştəri səndən gülüş istəyir, kobudluğu bağışlamır. Onun üçün sənin vəzifənin önəmi yoxdur. Bizim bazarda rəhbər şəxslərin də müştərilərə qarşı kobudluğuna rast gəlirik. Bunun səbəblərindən biri məncə odur ki, Sovet dövründə ataları müdir olub, müdirlik onların gözündə böyük səlahiyyətlər, eyni zamanda ətrafdakılarda istədikləri kimi rəftar ilə yadda qalıb. Özlərinin də arzuları o olub. İndi özəl şirkətlərdə həmin “müdirliyi” praktikadan keçirmək istəyirlər. Nə etsinlər ki, arzuladıqları “müdirliyi” müştərilərin hesabına yaşayan özəl şirkətlərdə praktikadan keçirmək nəsib olub. 🙂
Müştəri sənin qapına gəlməyə sabəb axtaracaq. Ona sahib çıxmaq üçün rəqabət üstünlüyü təqdim etməlisən ona.
Aldadılmaq istəmir. Dürüstlüyü sevir. Nə olursa olsun, müştəriyə yalan demək olmaz, müştəridən qaçmaq olmaz. Müştəri ilə dost olmaq lazım!

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu