Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Ümumi

Mükəmməllik “xəstəliyi”

Dekabr 18, 2024
in Ümumi

İş müsahibələrinin məşhur suallarından biri “ən zəif cəhətiniz nədir?” sualıdır. Bu suala da ən populyar cavablardan biri “mükəmməlçi olmağım”dır. Cavab verənlər hesab edirlər ki, bunu işəgötürən yəqin ki, əksinə, yaxşı cəhət kimi görəcək. Bu cavabın səmimiliyini kənara qoysaq, işləyəcəyim adamın mükəmməllik düşkünü olması məni çox narahat edər. Dəfələrlə görmüşəm ki, mükəmməlliyə qaçmaq ziyanlıdır.
Niyə?
Mükəmməllik vaxt aparır. Vaxt isə çox məhdud və dəyərlidir biznesdə. Dəyərmi o vaxtı itirməyə? Bəzən görürük ki, mükəmməlçi insanların gördüyü işələr nəinki çox uzanır, hətta “heç bitməyəcək” təsiri yaradır adamda. Real hədəfləri olan biznes razılaşa bilməz bu vəziyyətlə.
Ayrılıqda baxanda mükəmməllik yaxşı şeydir, amma gərək biznesin ana məqsədlərinə mane olmasın. Təcrübə göstərir ki, hər işi qüsursuz, mükəmməl, ideal səviyyədə görməyə çalışdıqda sən gec qalırsan, maya dəyərin yüksəlir və s. Bir misal deyim. Tutaq ki, bazara yeni onlayn satış platforması çıxarmağa hazırlaşırıq. Biri var ki, saytın tam qüsursuz və rəqiblərin hamısından yaxşı olduğundan əmin olaq, sonra çıxaq bazara. Bunun üçün deyək ki, 2 il lazımdır. Biri də var ki, ən vacib funksionallıqları işə salıb çox qısa vaxtda bazara çıxırıq, zamanla təkmilləşdiririk. Adətən 2-ci yanaşma daha uğurlu və effektiv olur.
Mükəmməlliyə çalışmaq bir də səni hər şeyi səhvsiz və itkisiz etməyə sövq edir. Bu da səni qorxaq edir zamanla. Riskli qərarlar vermirsən, cəsarətli qərarlar vermirsən və s. Onu da bilirik ki, bizneslərin uğurunu şərtləndirən əsas amillərdən biri məhz həmin cəsarətli və populyar görsənməyən qərarlardır, addımlardır.
Davamlı mükəmməllik axtarışında olmaq bir də mənasız stres mənbəyidir. Bu halda istər-istəməz hər kəs təzyiq altında işləyir, stres yüksəlir, işçilər işdən həzz almamağa başlayırlar. Biznes səhv etmək işidir, səhvlərdən öyrənmək işidir, davamlı təkmilləşmək işidir.
İşin başqa tərəfi də odur ki, mükəmməlçi insanlar adətən elastik və çevik olmurlar. Əksər hallarda onların inandığı konkret mükəmməllik düsturları, qaydaları olur ki, situasiya tez-tez dəyişdikdə uyğunlaşmaqları çətin olur. Bugünkü dinamik biznes mühitində bu da əlavə problemlər yaradır.
Mükəmməllik “xəstəliyi” bir çox hallarda qeyri-real gözləntilərə və hədəflərə gətirib çıxarır ki, bu da komandanın motivasiyasına mənfi təsir edir.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu