Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

“Müdirlik” imicini qorumaq qayğısı

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

Bu günlərdə facebook-da əsasən marketerlərin toplaşdığı “Marketing Azərbaycan” qrupunda anar4maraqlı bir müzakirə gedirdi. Müzakirə vaxtı belə fikirlər vurğulandı ki, müdir texniki və ya satış işçilərinə kömək edərsə, işçilər ona müdir kimi baxmazlar. Başqa cür desək, şirkət rəhbəri işçilərin gözündə “müdir” imicini qorumaq üçün mütləq onlarla “məsafə” saxlamalıdır… Bu fikri müdafiə edənlər o cür əsaslandırırdılar ki, əgər şirkət rəhbəri işçi ilə eyni “səngərə” girib onlarla çiyin-çiyinə işləsə, işçilər ona müdir kimi deyil, “səngər yoldaşı kimi” baxacaqlar, hörmət qoymayacaqlar və s.

Əslində bu belədirmi? Doğrudanmı bu halda həmin müdirə işçilər “müdir” kimi baxmazlar?

Mənim fikrimcə, bu, qətiyyən belə deyil. Avtoritar yanaşmadır.

İşçilərlə çiyin-çiyinə işləmək mütərəqqi motivasiya alətidir, liderlik alətidir. Müasir dövrdə işçiləri həvəslə “işlətməyin” yollarından biri elə işçilərlə məsafəni minimuma endirmək, onlarla eyni səngərdə olmaqdır.

team

Bu səbəbdən dünyada aparıcı şirkətlər “açıq ofis” konsepsiyasından istifadə edirlər. Yəni rəhbərlik ofisdə “keçilməz divarlar” arxasında, işçilərdən uzaqda deyil, onlara yaxın, şəffaf, açıq ofislərdə fəaliyyət göstərirlər. Bu, dünya trendidir. Görünür, bu trendi hələlik bizimkilərin əksəriyyəti qəbul edə bilmirlər.

İşçilərlə məsafəni azaltmaq, əksinə, şirkət rəhbərinin hörmətini, imicini artırar. Bunun bir çox nümunələrini görmüşük real olaraq.

Müdirlik imicini qorumağın yolları başqadır. Qərarlarında ardıcıl olmaqdır, işçilərlə səmimi olmaqdır, işçilərə hörmətdir və s.

Bunu hamı bacarırmı? Əlbəttə ki, yox. Şirkəti bu cür idarə etmək avtoritar üsullarla müqayisədə bir az çətindir. Daha çox peşəkarlıq tələb olunur. Bunun üçün şirkətdə motivasiya sistemi kompleks və ardıcıl olmalıdır. Amma daha uğurlu, etibarlı, sağlam menecment üsulu sayılır.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu