Nəyisə müzakirə edirsən, sonda çoxluğun razılığı ilə bir qərar verirsən. Təbii ki, kiminsə fikri tam fərqli ola bilər müzakirələrdə. Amma qərar verilibsə, qərarı hər kəs sahiblənməlidir. Şirkətin qərarlarına hörmət edilməlidir. Bu, adi idarəetmə etikasıdır.
Yoxsa bir şey olan kimi həmin şəxs “mən demişdim dəə…” deyəcəksə, demək o şirkətin idarəetmə və qərarvermə mühitində problem var. Bu hal baş verirsə, bu həm də o deməkdir ki, həmin şəxs verilən qərarın tərsinə də gedə bilər (həmin potensial var o şəxsdə). O başqa məsələ ki, şirkətin qərarvermə sistemi/mühiti ilə razı deyilsənsə, orda qalmaya bilərsən. Amma şirkətin bir parçasısansa, verilən qərarlara hörmət etmək lazımdır.