Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Keyfiyyət ən vacib şeydirmi?

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Tez-tez eşitdiyimiz bir cümlə var: “Gec olsun, yaxşı olsun”, və ya “Gec olsun, keyfiyyətli olsun”. Nə dərəcədə düz yanaşmadır bu? Bu 10 - Copyhaqda yazmaq istəyirəm.

Əvvəlcə xatırlatmaq lazımdır ki, “keyfiyyət” mütləq göstərici deyil, nisbi göstəricidir. Keyfiyyət nəyinsə gözlənilən standartlara nə dərəcədə uyğun gəldiyini, cavab verdiyini göstərir. Yəni kimin üçünsə keyfiyyətli sayılan bir şey digəri üçün (gözləntisindən asılı olaraq) keyfiyyətli olmaya bilər.

Bir dostum var, deyir məhsulumuzun keyfiyyətini artırdıq deyə qiymətini də artırdıq, nəticədə satış azaldı. Cavabım o oldu ki, müştəri üçün (müştərinin düşüncəsində) siz qiyməti artırmısınız, keyfiyyəti yox. Onun sizin məhsuldan (brenddən) gözlədiyi keyfiyyət elə əvvəlkidir. O gözləntiyə daha artıq pul xərcləmək istəmir. Söhbət bundan gedir.

Ümumiyyətlə, gözləniləndən (tələb olunandan) artıq keyfiyyəti yüksəltmək israfdır biznesdə. İsrafdır, yəni boşuna çəkilən xərcdir, bəzi hallarda boşuna itirilən vaxtdır və s.

“Gec olsun, daha keyfiyyətli olsun” yanaşması da birmənalı doğru yanaşma deyil biznesdə. Bir çox hallarda mənasız perfeksionizmdir bu. İtirilən vaxt doğrudanmı qazanılan əlavə keyfiyyətdən daha dəyərsizdir? Məsələyə balanslı baxmaq lazımdır.

Şirkətlər hər zaman konfliktli məqsədlərin içində idarə olunurlar. Bunlardır o məqsədlər:

  • Xərc
  • Keyfiyyət
  • Sürət
  • Vaxtındalıq
  • Elastiklik

 

Şirkət xərci aşağı salmaq istəyir, daha keyfiyyətli iş ortaya çıxarmaq istəyir, işi vaxtında görmək istəyir, işi tez görmək istəyir, daha elastik olmaq istəyir.

Bu istəklər, bu məqsədlər konfliktdədirlər həmişə. Keyfiyyəti həddən çox artırmaq istəyirsənsə, xərci aşağı sala bilməyəcəksən, və ya daha çox vaxt lazım olacaq, vaxtında çatdıra bilməyəcəksən, müştərilərin istəklərinə münasibətdə çox da elastik ola bilməyəcəksən və s.

 

İndi bir daha sual verirəm:  “Keyfiyyət ən vacib şeydirmi biznesdə?”. Əlbəttə ki, yox. 1) Keyfiyyətin nə dərəcədə tələb olunduğunu anlamalıyıq. 2) Keyfiyyəti yüksəltməyin faydası ilə digər konfliktli biznes məqsədlərinə təsiri müqayisə etmək lazımdır.

  • Keyfiyyət artımının gətirdiyi əlavə xərcə dəyərmi?
  • Keyfiyyət artımına sərf olunan vaxta dəyərmi?
  • Keyfiyyət artımı ilə işləri tələb olunan vaxtda görə biləcəyikmi?
  • Keyfiyyət artımı nə dərəcədə lənglik yaradacaq biznesdə? Müştərilərin dəyişən istəklərinə çevik şəkildə reaksiya verə biləcəyikmi?

Ümumiləşdirsək, keyfiyyətə ayrıca deyil, balanslı baxmaq lazımdır.

Bu dediklərimiz təkcə keyfiyyətə aid deyil. Heç xərc də ən vacib deyil biznesdə. Xərcləri azaltmaq ən doğru iş deyil biznesdə. Başa düşürəm, xərcləri azaltmaq istəyini dilə gətirməklə bir çoxları “şirkətin qeyrətini çəkdiyini” düşünür. 🙂 Xərci azaldanda keyfiyyəti riskə qoya bilirik. Və ya xərcləri azaltmaq istəyi bəzən vaxtda bizi geri sala bilir. Öz təcrübəmdən deyim. Yeni məhsul buraxırdıq, elə alındı ki, məhsulda dəyişiklik edəsi olduq, tədarükçü şirkət bu dəyişikliyə görə əlavə 5,000 EUR (şərti) pul istədi. Şirkətin o xərci çəkməməsi üçün 1 aya yaxın yazışdıq tədarükçü ilə. Dəyərdimi bu çabaya? Şirkəti 5,000 EUR qabağa saldığımızı düşünə bilərik. Amma məhsul 1 ay əvvəl bazara çıxsaydı, onun 1 aylıq satışından əlavə bəlkə, 50,000 EUR mənfəət qazanmaq olardı. Xərci azaltmaq istəyəndə vaxtı qurban veririk, nəticəsi belə olur.

Bütün deyilənlərin yekunu olaraq qeyd edək ki, balanslı yanaşma lazımdır biznesdə. Kompleks baxış lazımdır, birtərəfli deyil. Bu zaman nəticə daha arzuolunan olacaqdır.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu