Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İşsizlikdə iş axtarmaq

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

İş axtarmaq əslində normaldır. Hər kəs işsiz olmağa, iş axtarmağa hazır olmalıdır.Anar

Bu günün aktual mövzusu total ixtisarlar, böhranla, bazarın kiçilməsi ilə əlaqədar bir çox şirkətlərin ixtisarlara, “kiçilməyə” (downsizing) getməsidir. İşdən çıxanlar iş axtarmalı olurlar. Söhbət işsizlik vaxtı iş axtarmaqdan gedir.

Vəziyyətin pis olması, növbəti aylarda daha da pisləşəcəyi haqda “ağlaşma” qurmaq fikrim yoxdur burda. İşsizlik vaxtında iş axtarmaq haqda fikirlərimi bildirmək istəyirəm.

Nədir böhran dövrünün xüsusiyyətləri?

  1. Eyni vaxtda bir çox şirkətlər kiçilməyə gedirlər, nəticədə işsizlik sürətlə artır. Başqa sözlə, işçiyə tələb azalır, təklif artır. Təklif artıqlığı əmələ gəlir.
  2. Təklif artıqlığı nəticəsi olaraq əmək haqqı səviyyəsi də aşağı düşür. Bu, təkcə “aşağı eşalon”da baş vermir. Orta və top menecmentdə də 2-3 il əvvəlki maaşları tapmaq müşkülə çevrilir. Fikrimcə, bizdə top menecment səviyyəsində bir çox hallarda şişirdilmiş maaşlar üstünlük təşkil edirdi.
  3. Şirkətlər işi daha az işçi ilə görməli olduğu üçün işçilərin bacarıqları daha çox aktuallıq kəsb edir. Həm ixtisarlar zamanı, həm də işçi cəlbində bu amil önə çıxır.
  4. İş axtaranların sayının artması nəticəsində onlar arasında rəqabət kəskinləşir. Əsl rəqabət başlayır. Bu, həm də əsl yarış deməkdir. Çünki şirkətlər daha diqqətli yanaşırlar işəgötürmə zamanı.
  5. Satışın azalması, paralel olaraq (qəribə olsa da) marketinq büdcəsinin də azalması ilə birbaşa satış xüsusi populyarlıq qazanır. Şirkətlər düşünürlər ki, marketinq büdcəsinin və satışın azalmasını satış işçilərinin fədakarlığı və daha çox işləməsi nisbətən “kompensasiya” edə bilər.
  6. Əksəriyyət panika şəraitində verilmiş ixtisar qərarlarının “qurbanıdır”.

 

Bəs nə etmək lazımdır?

Panika şəraitində verilmiş qərarla işdən çıxarılmaq elə panika ilə də iş axtarmağa əsas vermir. Planlı yanaşmaq, stressə qalib gəlmək lazım olur.

Düzdür, 2-3 il əvvəlki karyera hədəfləri üzrə hərəkət etməkdə çətinlik yarana bilər, nisbətən çətin görünə bilər. Çünki situasiya ciddi şəkildə dəyişib. Deməli, yeni situasiyaya, bazarın vəziyyətinə uyğun olaraq yeni karyera planı, karyera hədəfləri müəyyən etmək lazım gəlir.

Təkcə karyera hədəflərini deyil, iş axtarmaq üsullarını da diqqət etmək lazımdır. Ağıllı iş axtarma üsulları və kanalları seçilməlidir. Pareto prinsipi burda da işləyir. Nəticənin 80%-i üsulların (səylərin) 20 %-dən formalaşır. Bu şəraitdə şirkətlər CV “bombardmanına” məruz qaldığını nəzərə alsaq, şirkətlərə fərdi müraciət, “fərdi satış” üsulları daha yaxşı işləyir. Rəqabət üstünlüklərini işəgötürən qarşısında qabartmaqla həmin şirkətə lazım olduğunu göstərmək olar. Aydın rəqabət üstünlüklərin yoxdursa, bir müddət iddiaları azaltmaqla öz üzərində işləməlisən.

Bir də nəzərə almaq lazımdır ki, böhran vaxtı mövcud vakansiyaların açıq bazara çıxarılma faizi daha az olur. İşçi tapmaq daha asan göründüyü/düşünüldüyü üçün vakansiyaların çoxu kütləvi elan olunmur. Bu səbəbdən də elan olunmuş vakansiyalarla kifayətlənmək olmaz.

Bir daha yuxarıdakı fikri təkrarlayıram ki, fərqli olmaqla rəqabətdən üzüağ çıxmağın yolu həmişə var. Öz üzərində daha çox işləyirsən. Daha çox öyrənmək, daha çox oxumaq, daha çox bacarıqlar əldə etməyin alternativi yoxdur.

Tags: böhranişişaxtarmaqişçiişəgötürənixtisarvakansiya

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu