Çox çeşidli şikayətlər eşidirik: işçilər işləmək istəmir, əvvəlki kimi deyil və s.
Doğrudanmı belədir? Burda həqiqət payı odur ki, doğrudan da yeni dövr insanı hər şəraitdə işləmək istəmir. Əvvəlki kimi deyil yanaşması. Daha çox sorğulayır işlədikləri şirkəti, daha çox məna axtarır, daha çox anlamaq istəyir: “Mən niyə burdayam?”
Bunun nəyi pisdir ki? Daha şüurlu yanaşırlar (ümumi tendensiyadan, çoxluqdan söhbət gedir – istisnalar həmişə var).
Biz dəyişməliyik.. “İşçisən, otur işçi yerində” yanaşması keçməyəcək. “Yeni normal”a uyğunlaşmalıyıq.
Maraqların uzlaşmasını tapmaq lazımdır. Şirkətdə iş mühiti yaxşıdırsa və maraqlar uzlaşdırılıbsa, çox yaxşı nəticələr almaq mümkündür. Maraqların uzlaşması dedikdə: yəni işçidən gözlənti və işçinin şirkətdən gözləntisi üst-üstə düşür. Buna nail oluruqsa, təbii ki işçi də əlindən gələni edəcək – tam potensialını ortaya qoyacaq.