Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İşçilərə nəyi öyrətməliyik?

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Şirkət işçilərinin inkişafı olmadan inkişaf edə bilməz. Ona görə də davamlı olaraq işçilərimizin inkişafı üçün ağıllı addımlar atmalıyıq. Şirkətdə öyrənmə mədəniyyəti, öyrənmə mühiti olmalıdır. Davamlı öyrənməni təşviq edən sistemimiz olmalıdır. Buna “learning organization” deyirlər. Yəni davamlı öyrənməni təmin edən təşkilat/şirkət. Bəs nəyi öyrətməliyik?

1.   Öyrənməyi. Həqiqətən də bu gün ən vacib bacarıq elə öyrənə bilmək bacarığıdır. Bunu nəzərə alaraq işçilərimizə effektiv öyrənmə üsullarını mənimsətməliyik.
2.   Şirkəti. İşçilər şirkəti, onun məhsullarını və proseslərini nə qədər çox tanısalar, o qədər effektiv çalışarlar. Bu səbəbdən şirkətimizin güclü və zəif tərəflərini, strategiyasını, biznes modelini, planlarını, çətinliklərini və s. işçilərimizə çatdırmalıyıq davamlı olaraq.
3.   Sektoru, sektor trendlərini. Təkcə şirkəti öyrənməklə iş bitmir. Gərək biz olduğumuz sektoru, rəqabət şəraitini, sektorun xüsusiyyətlətini, kritik uğur faktorlarını, çətinliklərini, trendlərini də yaxşı öyrənək.
4.   Biznesin mahiyyətini. İşçilərə işin kökünü də öyrətməliyik. Ümumiyyətlə biznes necə pul qazanır? Niyə bu biznesdəyik? Biznesin effektivliyi nələrdən asılıdır? Biznesin mahiyyətini öyrəndikcə işçilərin konseptual bacarıqları inkişaf edir, vizyonları genişlənir.
5.   Analitikanı. Analitik yanaşma olmadan ağıllı idarəetmə mümkün deyil. Datadan düzgün istifadə bacarığı çox önəmlidir bu gün. Təkcə analitik yox, digər menecerlər və mütəxəssislər də biznes analitikasını müəyyən səviyyədə öyrənməlidirlər. İşə analitik yanaşma təşviq edilməlidir.
6.   Birbaşa işi ilə bağlı biliklər. Bu ən çox aydın olanıdır deyə sonda yazdım və çox izahatına ehtiyac görmürəm. Marketinq şöbəsindəkilər marketinqi öyrənməlidir, satışdakılar satışı, HR-dakılar HR-ı və s.

Bütün bunları nəzərə alaraq şirkətdə öyrənmə və inkişaf funksiyasına xüsusi diqqət yetirilməlidir. İşçilərin təliminə xərclənən pullara investisiya kimi yanaşmaq lazımdır.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu