Bayaq bir sahibkar öz biznesinin vəziyyətini izah edir mənə. Uzun müzakirədən sonra anlaşıldı ki, işçiləri ilə münasibətdə ən böyük problemlərdən biri məhz budur – təqdir, təşəkkür, tərif, minnətdarlıq və s.-də çox həvəsli/meylli deyil.
Çox adi bir şey kimi görünə bilər, amma həqiqətən işçiləri şirkətə bağlamaq üçün ən önəmli amillərdən biridir bu. İşçilər görəndə ki, rəhbərlik irad bildirməkdə həvəslidir, amma görülən işlərə görə təqdir yoxdur, təbii ki, bunu ədalətsizlik kimi qiymətləndirəcək və zamanla şirkətdən soyuyacaq.