Həmişə deyirik ki, idarəçilər böyük portreti (quşbaxışı) görməyi bacarmalıdırlar. Bu, strateji düşünə bilmək qabiliyyətidir ki, çox önəmlidir. Bu öz yerində..
Bununla yanaşı, detalları gözardı etmək olmaz. Bəzi idarəçilərdə problem budur ki, detallara fikir vermirlər.
Biznesdə bir çox şeylər detallarda gizlənib. Detallara nüfuz edəndə yeni üfüq açılır. Bir çox hallarda müştəri-müştəri, məhsul-məhsul və s. yanaşmalara ehtiyac olur ki, ümumi nəticələr yaxşılaşdırılsın. Bu halda problemlərin əsas (kök) səbəbini də daha düzgün şəkildə tapa bilirik.