Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Həyat müəllimim (biznesdə)

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

Bu günlərdə İlkin Manafov “Həyat müəllimlərim” adlı bloq yazısında biznes həyatında özünün müəllimi hesab etdiyi 993522_10201310575505955_553390345_n - Copyşəxslərdən yazdı. Elə həmin yazıda “ötürmə” etdi ki, mən də yazım bu mövzuda. Sağ olsun. 🙂

Biznes həyatımda çox adamdan çox şey öyrənmişəm. Menecer kimi az-çox yetişməmdə rolları olub. Amma bir nəfəri xüsusi vurğulamalıyam. Bu, Müller İnteryer şirkətinin sahibi Vüqar Zeynalovdur.

Karyeramı 3-cü kursda oxuduğum vaxtdan Müller İnteryer-də başlamışam. Təxminən 7 il ərzində həmin şirkətdə çalışmışam. Son 4 ilini (2008-2011) direktor kimi. Vüqar müəllim mənə şirkətin rəhbərliyini həvalə edəndə cəmi 22 yaşım var idi. Həmin vaxta kimi özü birbaşa idarə edirdi şirkəti.

İndi gələk 7 il ərzində Vüqar müəllimdən öyrəndiklərim haqda. Həm rəhbər kimi, həm də sahibkar kimi bir çox nümunələrini hər gün xatırlayıram və yararlanıram.

Öyrəndim ki, səlahiyyət vermək əslində necə olur. Səlahiyyət içində “səhv etmək səlahiyyəti” olduqda səlahiyyət sayılır.

Öyrəndim ki, daim öz üzərində işləmək nə deməkdir –  reallıqda necə olur davamlı öz üzərində işləmək.

Problemlərə “xoş gəldin” deməyi, problemlərə səbrli, panikasız, soyuqqanlı yanaşmağı öyrəndim.

İnsanlığın biznesin nə qədər üzərində olduğunu öyrəndim. İnsanlara münasibətində, dost seçimində, insanlarla ünsiyyətdə “mən buna nəsə sata bilərəmmi” yanaşmasının sıfırın altında olduğunu..

İnsanların xarakterinə görə deyil, davranışına görə, “önyarğısız” qiymət verməyin mümkünlüyünün real nümunəsini gördüm.

“Demokratik idarəetmə bizim xalq üçün deyil” deyiminin absurd olduğuna, xalqımıza qarşı alçaldıcı deyim olduğuna əmin oldum.

Planlı, sistemli işləməyin nə qədər fərq yaratdığını gördüm.

Davam etmək olar təbii ki..

Sonda onu qeyd etmək istəyirəm ki, hər kəsdə öyrənməli nəsə var – pis və yaxşı. Yaxşının və yaxşıların daha çox olduğuna inanıram. 🙂

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu