Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Demokratik idarəetmə bizim üçün deyil?

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

Əvvəlcə deyim ki, söhbət təşkilatlardakı, xüsusilə şirkətlərdəki idarəetmədən gedir.

Tez-tez eşidirik ki, bizim camaatla demokratik idarəetmə mümkün deyil. Gərək bizim adamlarla sərt olasan və s. Bu yazını yazmaqda da məqsədim həmin yanaşmanın yanlış olduğu barədə fikirlərimi bildirməkdir.

Əslində bu fikirlər mahiyyətcə “xalqımız demokratiyaya hazır deyil” tipli gərəksiz illuziyadan fərqlənmir.

Təəccüblüsü odur ki, bu fikri bir çox yüksək ranqlı menecerlərdən də eşitmək olur. Bu fikrin yaranmasının əsas səbəbi odur ki, avtoritar idarəetmə effektiv olmasa da, asandır. Asan idarə olunan insanları yığacaq, əmrlərlə, direktivlərlə idarə edəcək şirkəti.

Demokratik idarəetmə isə, əlbəttə ki, xeyli çətindir və peşəkarlıq tələb edir. Bunu hər menecer bacarmaz. Bu idarəetmə menecerlərdən yüksək liderlik qabiliyyəti tələb edir. Həmin liderlər ünsiyyət bacarıqlarından istifadə etməklə lazımi motivasiya sistemi yarada, münasibətə əsaslanan effektli idarəetməyə nail ola bilirlər.

Aşağıdakı cədvəldə avtoritar və demokratik liderliyi səciyyələndirən xüsusiyyətlər əks olunub:

Avtoritar

Demokratik

Komanda-kontrol sistemi Liberal system
Təkbaşına qərarvermə Kollegial qərarvermə
Direktivlər, əmrlər Münasibət, ünsiyyət
İşçilərlə məsafə saxlanılır Məsafə minimum olur
Motivasiya sistemi az effektli Motivasiya sistemi çox effektli
İş tələb olunur Nəticə tələb olunur
İşə müdaxilə çox olur Sərbəstlik olur nisbətən
Asan Çətin (peşəkarlıq tələb edir)
Ideyalar gözlənilmir Ideyalar, fikirlər eşidilir

Avtoritar üslubda motivasiya sistemi az effektlidir. Çünki motivasiyanın əsası münasibətdir, ünsiyyətdir, direktivlər yox.

Demokratik üslubda isə əksinə. Motivasiya etmək asandır işçiləri. Çünki xoş atmosfer olur.

Demokratik idarəetmədə effektivliyə səbəb olan digər amil isə burada işçilərin potensialından daha düzgün, səmərəli istifadə olunmasıdır. Həm işlər düzgün şəkildə deleqasiya olunur (ötürülür), həm də işçilərə lazımi səlahiyyət verilir. Bundan başqa, işçilər işlərinə daha yaradıcı yanaşır, həmişə yeni təkliflər, ideyalar verirlər.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu