Təsəvvür edin hansısa şirkətə CEO təyin olunmusan. İşlədiyin müddətdə bazardan peşəkarlığına əmin olduğun kadrları komandaya cəlb edirsən. Günlərin birində isə hansısa səbəbdən şirkətdən ayrılmaq qərarı verirsən. Təbii ki, sən çıxandan sonra komanda üzvlərindən də kimsə məcburi şirkətdən ayrılmalı ola bilər. Bu hərəkət gətirdiyin işçilərə qarşı yanlış hərəkətdirmi? Əlbəttə ki YOX.
Hər kəs bilməlidir ki, CEO da digər işçilər kimi hər an şirkəti tərk edə bilər. CEO-nun komanda qarşısında öhdəliyi şirkətdə çalışdığı müddətdə onlarla münasibəti sağlam qurmaq, ədalətli yanaşmaq, səmimi olmaq, dürüst olmaq və s.-dir. Cəlb olunan işçilər də özlərini şirkətin işçisi kimi hiss etməlidir, CEO-nun işçisi kimi yox.