Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

CEO-nun əsas işi nə olmalıdır?

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment
CEO – şirkətin performansından məsul olan əsas şəxsdir. CEO maraqlı olmalıdır ki, prioritetlər düzgün qoyulsun, şirkətə ən çox dəyər qatan işlər görülsün.
Hamı razılaşır ki, CEO gündəlik əməliyyatlarla məşğul olmamalıdır, detallara çox enməməlidir, mikromenecment etməməlidir və s.
Bunları nəzərə alaraq baxaq görək CEO-nun öz gündəmi necə olmalıdır? CEO-nun şəxsən məşğul olduğu işlər nə olmalıdır?
1. Olduğu bazarı, sektoru ən üst səviyyədə izləməlidir. Bu, bir neçə istiqamətdə həyata keçirilir. 1) Bazarın və sektorun trendlərini əks etdirən sistemli məlumatlar əldə etmək və davamlı izləmək, 2) Dünyanın digər ölkələrində analoji bazarları yaxından izləmək – sərgilər, konfranslar, forumlar, şirkət ziyarətləri və s. vasitəsilə. 3) Sektorun digər oyunçuları ilə yaxşı münasibətlər qurmaq, birlikdə sektorun inkişafına çalışmaq. Bu 3-cü məsələyə çox ciddi yanaşmaq lazımdır. Sektorun digər oyunçularına rəqibdən daha çox tərəfdaş kimi baxılmalıdır. Eyni gəmidəyik kimi birləşib gəminin inkişafına çalışılmalıdır.
2. İnnovasiya. Elə bir dövrə gəlmişik ki, innovasiya CEO-nun “masasının” üzərində önəmli yer tutmalıdır. Əks halda ayaqlaşmaq çox çətin olur və ya ümumiyyətlə olmur. Biz nə qədər innovativ yetkinliyimizi artırsaq, o qədər rəqabət qabiliyyətli olacağıq. Buna görə də şirkətlər innovativ yetkinliklərini artırmaq üçün xüsusi yol xəritəsi hazırlamalıdır. Burda təkcə məhsulların innovativliyi nəzərdə tutulmur. Biznes modelin, əməliyyatların innovativ olması dəyər yaradır şirkət üçün.
3. Steykholderlərlə münasibətləri idarə etmək, uzlaşdırmaq. Steykholderlər şirkətdə marağı olan hər kəsdir. Müştərilər, tədarükçülər, dövlət orqanları, səhmdarlar və s. Onların maraqlarını uzaşdırmaq çətin olsa da, şirkətin dayanıqlılığı üçün önəmlidir. Bu, ilk növbədə CEO-nun işidir.
4. Strateji idarəetmənin işləkliyinin təmin olunması. Yüksək səviyyədə strateji idarəetməyə nail olmaq üçün nələr lazımdır? – Güclü strategiyanın olması, strategiyanı icra etmək üçün doğru işçilərin təmini, şirkətdə həyacanın yaradılması və qorunması, işlək performans menecment sisteminin olması, yaxşı iş mühitinin təmini və s. olmalıdır. CEO imkan verməməlidir ki, şirkət “reysdən” çıxsın – yəni strateji yolundan, prioritetlərindən, hədəflərindən yayınsın.
5. Şirkətin adaptasiya qabiliyyətinin artırılması. Şirkətə ən böyük zərbə vuran amillərdən biri odur ki, şirkət bir komfort zonaya girir, ordan çıxa bilmir. Pandemiyada bunu gördük. Yeni situasiyaya tez adaptasiya olan şirkətlər daha dözümlü çıxdılar vəziyyətdən.
Ümumiyyətlə şirkət çevik biznes modelə sahib olmalıdır ki, tez uyğunlaşa bilsin situasiyaya. Bunun üçün şirkəti ləngidən, ayağına dolaşan nə varsa, xilas olmalıdır. Mürəkkəbliklər şirkətə öldürücü zərbə vurur bəzən. Mümkün qədər sadəliyə qaçmaq lazımdır.
6. Əsas liderlik rolunun icrası. Şirkətdə yaxşı ab-havanın təmin olunmasında əsas həlledici şəxsdir CEO. Bəzən CEO-lar bu rollarını Chief Morale Officer kimi göstərirlər. Nə qədər yaxşı strategiya olur olsun, nə qədər yaxşı kadr olur olsun, nə qədər yaxşı avadanlıqlar, texnologiya olur olsun – yaxşı iş mühitinin olması çox vacibdir. Yaxşı iş mühitinin olması isə ilk növbədə CEO-dan irəli gəlməlidir.
7. Şirkətin korporativ mədəniyyətinin qorunması və inkişafı. Şirkətdə korpotaiv mədəniyyətin formalaşdırılması, şirkət dəyərlərinin mühafizə olunması çox vacibdir və burda açar şəxs CEO-dur. CEO imkan verməməlidir ki, şirkətin dəyərləri adiləşsin. Sübut etməlidir ki, dəyərlər vazkeçilməzdir. Bu zaman bütün əməkdaşlar şirkət dəyərlərinə hörmətlə yanaşacaqlar.
8. Nəzarət və nizamlama. CEO davamlı olaraq şirkətin müxtəlif funksiyalarının, sütunlarının, şöbələrinin istənilən səviyyədə işləyib-işləmədiyini nəzarətdə saxlamalı, lazım gələndə çəki-düzən verməlidir. Hər kəsin hədəflərinə çatması üçün çalışmalı, yanlarında olmalıdır. Şərait yaratmalıdır hər kəsə. Maneələrin dəf olunmasına dəstək verməlidir.
Əməliyyatların içində olanlar bəzən “başlarını aşağı salıb” gedirlər, düz yolda olduqlarının və ya olmadıqlarının fərqində olmaya bilərlər. Bu mənada CEO-nun əsas işlərindən biri şirkətin düzgün yolda olduğuna əmin olmaqdır. Bu məqsədlə analitik hesabatlarla müxtəlif KPİ-ları (maliyyə rəqəmləri, satış rəqəmləri, müştəri məmnuniyyəti, istehsal rəqəmləri, məhsuldarlıq göstəriciləri və s.) nəzarətdə saxlamalıdır. Lazım gəldikdə müdaxilələr olunmalıdır.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu