Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Marketinq Digər məqalələr

Bu dəfəki Marketinq AİR-də mövzularım

Dekabr 18, 2024
in Digər məqalələr, Marketinq, Ümumi

Bildiyiniz kimi, martın 1-dən başlayaraq Marketinq AİR təlimləri 8-ci dəfə start götürəcək. Artıq digər təlimçilər İlkin Manafov və Rafiq 993522_10201310575505955_553390345_n - CopyHunaltay təqdim edəcəkləri mövzular haqda məlumat veriblər. Bir mən qalmışam platformasını açıqlamamış. 🙂

Aşağıdakı mövzular ətrafında danışmağı nəzərdə tuturam:

 

  1. Antiböhran strategiyası.

Burada şirkətlərin indiki şəraitdə necə hərəkət etməli olduqları, şirkət strategiyasına yenidən baxış, prioritetlərin müəyyən edilməsi əsas söhbət mövzusu olacaq. Şirkətin böhran zamanı fokus sahəsi nə olmalıdır? Xərclərin və resursların optimallaşdırılması necə aparıla bilər? Bundan başqa, komandanı böhran şəraitində işləməyə hazırlaşdırmaq, motivasiyanın düzgün təşkili kimi məsələlərdən danışılacaq. Praktiki nümunələr, real biznes keysləri əsas götürüləcək.

  1. Effektiv marketinq strategiyası.

Bütün şirkət rəhbərlərini, şirkət sahiblərini marketinqin özündən çox onun effektivliyi maraqlandırır. Hər bir marketoloq bunu nəzərə almalıdır. Marketinq menecer şirkət rəhbərliyini marketinq fəaliyyətinin effektivliyinə inandırmalıdır. Eyni zamanda, marketinqin, marketinq fəaliyyətinin ölçülməsi ən ağrılı məsələlərdən biridir. Düzgün planlama, KPI, qiymətləndirmə sistemi olmalıdır. Əks halda marketinq kortəbii olur, sistemli olmur. Bunları nəzərə alaraq, təlimlərin birini marketinqin effektivliyinə, effektiv marketinq strategiyasının qurulmasına və həyata keçirilməsinə həsr edəcəyik.

  1. Böhran şəraitinə uyğun biznes modellər

Tez-tez bu sualla qarşılaşırıq ki, böhran zamanı hansı bizneslər daha dayanıqlı olur? Hansı bizneslər açmağın vaxtıdır və s. Bundan başqa, böhran vaxtı hansı biznes modellər daha yaxşı “işləyir”? Bu şəraitdə yeni biznes açmağın üstünlükləri və neqativləri nədir? Bütün bunlara bacardığımız  qədər (çox yox 🙂 ) cavab verməyə çalışacağıq.

  1. Böhran marketinqi. Kiçilən bazarlarda “sağ qalmaq” mücadiləsi.

Böhranın biznesə əsas təsirlərindən biri odur ki, bazarlar kiçilir. Öyrəşdiyimiz bazar deyil artıq. Müştərilərin davranışları, alışa yanaşması dəyişir. Bəs kiçilən bazarda “sağ qalmaq” üçün nə etməliyik? Böhran marketinqimizi necə qurmalıyıq? Marketinq menecerdən bu şəraitdə nə gözlənilir? Satış kanalları, kommunikasiya kanalları ilə iş necə təşkil edilməlidir? Satış sistemi, qiymət siyasəti necə korreksiya edilə bilər? Bütün bu sualların ətrafında danışacağıq.

  1. Şəxsi marketinq. Biznes karyerası.

Şirkətin marketinqi bir tərəfə, bəs özümüzün marketinqi? Hər bir peşəkar özünün marketinqi, şəxsi PR-ı haqda düşünməlidir. Təkcə düşünməklə də iş bitmir, şəxsi marketinq planın, karyera hədəflərin olmalıdır. Karyera hədəfləri böhran dövründə necə korreksiya edilə bilər? Peşəkar biznes karyerasının əsas prinsipləri nələrdir? Praktiki nümunələrlə peşəkar karyera haqda, eyni zamanda peşəkarlığın marketinqi haqda söhbət edəcəyik. Çox maraqlı olacağına vəd veririk. 🙂

 

Özət bu qədər. Daha ətraflısı Marketinq AİR təlimlərimizdə olacaq. Qeydiyyatdan keçmək üçün link: http://marketingair.facemark.org/

Görüşərik!

 

Tags: #marketingAIR #training

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu