1) Şirkətlər müştərilərin qədrini daha çox bilməyə başladılar
2) Həm şirkət səviyyəsində, həm də fərdlər səviyyəsində səmərliliyə, xərclərin optimallaşmasına, effektivliyə daha çox fikir verməyə başladılar. Hər qəpiyin qədrini bilməyə başladılar bir çoxları.
3) Şirkətlər anladılar ki, dayanıqlı sistem qurmaq üçün gecikməmək lazımdır. Böhran şəratində məhz sistemi dayanıqlı olan şirkətlər üzüağ çıxırlar.
4) Şirkətlər anladılar ki, böhran vaxtı “yapışa” biləcəkləri rəqabət üstünlükləri olmalıdır.
5) Şirkətlər anladılar ki, böhran əslində devalvasiya ilə başlamayıb. Şirkətlər böhrana hazır olmayanda başlayıb onlar üçün əsl böhran, xəbərləri olmayıb.
6) Hamıda vəziyyət yaxşı olanda bazarda həqiqi fərq yaratmaq daha çətin olur. Bu mənada həmin şirkətlər (ortaya real fərq qoyanlar) üçün bir imkandır böhran.
7) Böhran ilə sabitlik sindromunu qırmaq oldu bir çox şirkətlərdə. Çoxdan edə bilmədikləri, gərəkən radikal dəyişiklikləri etməyə fürsət oldu. Konservativ işçilər daha normal qəbul etdilər o dəyişiklikləri.
8) Böhran bir daha təsdiq etdi ki, müasir biznes mühitinin tələb etdiyi biznes modelləri tətbiq etmək lazımdır. Ənənəvi, köhnəlmiş biznes modellər böhran vaxtı daha çox axsayırlar.