İlk bloq postumda bloqumun başlıca missiyasını, yəni “hansı məzhəbə qulluq edəcəyini” yazmağı özümə borc bildim.
Əsas məqsəd mənim üçün maraqlı olan mövzulara münasibət bildirmək, həmin fikirləri dostlarla, oxucularla bölüşməkdir.
Əsas müraciət edəcəyim mövzular biznes, menecment və marketinq olacaqdır.
Bloq 2 dildə – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.
Bloqdakı mövzulara münasibət bildirəcək, müzakirələrdə iştirak edəcək hamıya öncədən təşəkkürümü bildirirəm.
