Potensialın (capacity) idarə olunması çox vaxt gözardı olunan məsələlərdən biridir. Əslində isə potensialın düzgün qiymətləndirilməsi və düzgün istiqamətdə inkişaf etdirilməsi biznesin böyüməsi və daha yaxşı performans üçün olduqca vacibdir.
Biznesi diaqnostika edərkən ən önəmli suallardan biri budur: satışların və ya mənfəətin 2 dəfə, 3 dəfə böyüməsinə nə mane olur? Bu suala cavab axtaranda şirkətin potensialının sərhədlərini görmək mümkün olur. Bəzən görürsən ki, əslində qabağımızı kəsən əngəl (darboğaz) həlli çox da çətin olmayan məsələlərdir – işçi sayı, avadanlıq, səriştələr, proseslərin effektivliyi və s. Mövcud potensial və potensial komponentlərinin qatqısını düzgün müəyyən edəndən sonra strategiyamızı da o istiqamətdə qura bilirik. Nəticədə güclü bir biznes modelə nail oluruq. Şirkətin biznes modeli onun potensialının güzgüsüdür.