Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Mart 24, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Biznesdə saxta tezislər – 2-ci yazı

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Bundan əvvəlki yazıda biznesdə dolaşan bəzi saxta tezislərə münasibət bildirdim. Sosial şəbəkələrdə və bloq yazısındakı şərhlərdə “bu tipli tezislərin sayını artırmaq olar” fikri üstünlük təşkil edirdi. Onu nəzərə alıb 2-ci yazını təqdim edirəm. Qeyd etdiyim kimi, yazıda biznesdə ayaq açıb yeriyən, o qədər də maneə ilə üzləşməyən, eyni zamanda saxta hesab etdiyim tezislərə münasibət bildirirəm.

1) Bir şirkətin rəhbəri başqa sənaye sahəsində rəhbər işləyə bilməz. Bunu əsasən onunla əlaqələndirirlər ki, guya rəhbər üçün həmin sənaye sahəsini, məhsulu bilmək bir nömrəli şərtdir.

Belə deyil!  Şirkətin rəhbəri menecerliyi, liderliyi bilsin. Budur əsas şərt. Texniki bacarıqlardan və məhsulu bilməkdən daha çox konseptual bacarıqların yüksək səviyyədə olması birinci dərəcəlidir. O şeylər ki, ilk növbədə mühəndislərdən tələb olunmalıdır (məhsulu, istehsalı, texnologiyanı bilmək), onları şirkət rəhbərindən gözləmək doğru deyil.

Əlbəttə ki, yaxşı rəhbər işin içinə girəndən sonra məhsulu da biləcək və bu şərtdir.

2) Əsas praktikadır. İşləyib öyrənəcəm. Heç nə öyrənməyəcək. Olsa-olsa həmin işi “öyrənər”, o da yarımçıq. Hər dəfə yeni situasiya görəndə çaşıb qalacaq, sual verəcək və s.

3) Yaxşı məhsulun reklama ehtiyacı yoxdur. Belə bir şeyin olmadığını marketerlər, reklamçılar dəfələrlə izah və sübut ediblər. İki yaxşı şirkətdən biri məhz yaxşı olduğuna görə reklamı dayandırsa, digərindən ən azı reklama görə geri qalacaq, bir müddətdən sonra isə heç yada düşməyəcək.

4) Linkedin şəbəkəsi Azərbaycan üçün deyil.  Bunu iddia edənlər əsasən Linkedinin real imkanlarını bilməyənlərdir. Və ya Linkedinə “iş tapmaq saytı” kimi baxanlardır. Linkedindən normal qaydada istifadə edərək yeni müştərilər, təchizatçılar, işlər, işçilər, məlumatlar və s. tapmaq mümkündür və bunun real nümunələrini görmüşəm.

Digər yazılar

İşçilər işləmək istəmir, yoxsa idarəçilər dəyişmək istəmir?

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Etiketlər

#art #business #creative #balance #biznes #kitab #biznesneisteyir #bizneskitabim #consulting #business #consultant #theory #practice #DMC #education #background #art #creative #life #MarketingAIR #marketingAIR #training #marketingcareer #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere sales satisfaction seo Speed StrategicManagement strategy transformation values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu