Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Əskiklikləri aradan qaldırmaqdansa…

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Şirkətlər prioritetləri müəyyənləşdirəndə bəzən çox böyük yanlışlığa yol verirlər – başlarını aşağı salıb əskikliklərini aradan qaldırmaqla məşğul olurlar…10313688_10203955899317397_5845572205209886677_n

1) Böyük şirkətlərə oxşamaq istəmək, benchmarking’dən istifadə etmək çox gözəldir. Amma bu, şüurlu olmalıdır. Şirkətin strategiyasına əsaslanmalıdır. Hansısa böyük şirkətə oxşamaq strategiya ola bilməz.

2) Əskiklikləri aradan qaldırmağa yönəltdiyin səyləri üstünlüklərindən faydalanmağa yönəlt. Şirkəti Coca Cola, P&G, Unilever və s. ilə müqayisə etmək olar. İllər ərzində qurduqları sistem, bir çox üstünlükləri var ki, hər bir şirkətin öyrənəcəyi çox şey var orda.

Amma unutmamalıyıq ki, həmin nəhəng şirkətlərdə olmayan bir sıra üstünlüklər var ki, onlardan faydalanmaq lazımdır. Bu üstünlüklərə misal olaraq çeviklik, qərarvermə sistemi, mürəkkəbliyin minimum olması, böyüklükdən doğan təşkilati problemlərin az olması və s. göstərə bilərik.

Bu üstünlüklərdən faydalanmaqla daha yaxşı və tez fərq yaratmaq olar, nəinki bütün səyləri, resursları əskiklikləri aradan qaldırmağa yönəltməklə.

Advantage_Disadvantage

3) O faktı da unutmamalıyıq ki, hər sahədə yaxşı olmaq mümkün deyil. Həmin o uğurlu, nəhəng şirkətlərin uğur qazandığı sahələr sənin şirkətinə uyğun olmaya bilər. Və ya vaxtı gəlməmiş ola bilər. Coca-Cola’nın 100 ildən sonra etdiklərini bir gənc şirkətdə tətbiq etmək yersiz ola bilər.

Bunlar əskiklik olsa da, onların aradan qaldırılması şirkətin resurslarının, səylərinin israfı olar.

4) Ən yaxşı müdafiənin hücum olduğunu da nəzərə almalıyıq. Davamlı şəkildə əskikliklərin aradan qaldırılması ilə məşğul olduqca hücum etmək, rəqabət üstünlüklərindən faydalanmaq arxa plana keçir. Nəticədə əskikliyi aradan qaldırmanın alternativ xərci (ziyanı) bir az da artır.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu