Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Şənbə, May 17, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

Missiya nə üçündür?

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Şirkətin missiyasının nə demək olduğunu çox adam bilir. Amma nəyə xidmət etdiyi çox da müzakirə mövzusu deyil. Deyək ki, MİSSİYA şirkətin mövcudluq səbəbini (dünyaya niyə gəldiyini) ifadə edir. Bəs nəyimizə lazımdır?

Bunun üçün əvvəlcə biznesin ana məqsədinə baxaq. Biznes özünün sahibi (sahibləri) üçün dəyər (mənfəət, marka dəyəri və s.) yaradır. Bu halda bəs digər maraqlı tərəfləri, steykholderləri (işçilər, müştərilər, dövlət orqanları, ictimaiyyət, tədarükçülər, investorlar və s.) necə “səfərbər” edə bilərik şirkətin ətrafında? Onların dəstəyini necə ala bilərik? Bunun üçün MİSSİYA (mission statement) ortaya çıxır. MİSSİYA o qədər güclü olmalıdır ki,

  • İşçilər fəxr eləsinlər həmin şirkətdə işləməyə
  • Müştərilərin şirkətə marağı artsın
  • İnvestorlara, digər maraqlı tərəflərə cəlbedici olsun və s.

Amma missiya sözdə qalmalı deyil. Yalnız saytda yazmaq üçün, korporativ təqdimatda qeyd etmək üçün deyil. Real həyatda özünü göstərməlidir ki, effektli olsun.

Bir misal. SAT Group şirkətinin missiya bəyanatı aşağıdakı kimidir:

Biz peşəkarlar yetişdirməklə, şirkətlərimizin inkişafına dəstək olmaqla nəticədə iqtisadiyyatımızın, ölkəmizin inkişafına töhfə veririk.

Bu missiya bəyanatının real praktikada tətbiqi əməkdaşları şirkətə daha çox bağlayır. Fəxr edirlər belə bir missiyası olan şirktədə işləməyə. Digər steykholderlər (təlimçilər, müştərilər, tərəfdaşlar, dövlət orqanları və s.) də daha çox dəstək verirlər şirkətin fəaliyyətinə bu halda.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu