Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Çərşənbə axşamı, Fevral 10, 2026
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İlk Milli Marketinq forumu

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

Bəli, ilk milli marketinq forumu. 29-30 may tarixlərində Azərbaycanda ilk milli marketinqanar forumunu keçirəcəyik. Forum haqda dolaşan bəzi suallara aydınlıq gətirim:

Məqsəd nədir? – Forumun məqsədi Azərbaycanda marketinq aktivliklərini daha ciddi məcraya salmaq, forum ənənəsini qoymaq, marketerlər üçün paylaşma imkanı yaratmaqdır.

İdeya necə yarandı? – Mart ayında 90 şirkətdən 111 nəfərin iştirakı ilə “Marketerlərin 4Ç görüşü”nü keçirəndən sonra haqlı tənqidlərlə qarşılaşdıq ki, daha ciddi format tapılmalıdır marketerləri bir yerə toplamaq üçün. Biz bu tənqidi o zaman normal qəbul etdik. Hörmət etdik o insanlara. Təkcə bununla da kifayətlənməyib işə başladıq. Artıq bir neçə gün qalıb foruma.
İndi baxıram ki, 2 ay əvvəl bizi tənqid edənlər də təşkilatçılardır bu gün. Tənqid belə olmalıdır. Sağlam tənqid buna deyirlər.
Biz bunu bacardıq. İnşallah daha yaxşı şəkildə başa vuracağıq.

Image

Təşkilatçı kimdir? – Facebook-da məşhur Marketing Azerbaijan qrupunda çağırış etdik ki, təşkilatçılıq hər kəsə açıqdır. Kim “qolunu çırmalayıb” işə başlayacaqsa, təşkilatçı odur. Beləcə, forumun təşkilatçılıq prosesində əvvəldən tanımadığmız insanlarla tanış olduq, yüksək entuziazm ilə bu işi başa çatdırmaqda qərarlıyıq.

Spikerlər necə seçilib? – Forumun aktiv təşkilatçıları olaraq çalışdıq ki, auditoriya üçün maraqlı spikerlər, maraqlı şirkətlər seçilsin. Əlbəttə, əsasən subyektiv əsaslarla seçildi spikerlər. Obyektiv kriteriyalar mümkün deyil bu məsələdə. Hər bir təşkilatçı tamam başqa insanları spiker kimi görmək istəyər. Bunun həlli rəqabət şəraiti yaratmaqdır. Qoy forumlar, bu tipli tədbirlər çox olsun, o zaman həm keyfiyyət yüksələr, həm də marketerlər üçün seçim imkanı yaranar.

Forumda görüşənədək!   

Digər yazılar

Strategiya və sistemli idarəetmə haqqında

İşçiyə verdiyiniz maaş yuxunuzu qaçırırsa,..

Satış problemi çox vaxt satıcı problemi olmur

“Davamlı təkmilləşmə” yanaşması həmişə yaxşı deyil

Yaxşı iş mühitinə necə nail ola bilərik?

Motivasiya və bağlılıq

İdarəetmədə CƏSARƏT

İşçilərin şirkətə sahiblənməsinə necə nail olaq?

İdarəetmənin effektivliyini necə yüksəltmək olar?

CRM sisteminin əhəmiyyəti haqda danışdım

Həqiqətin gözünün içinə bax

Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur

İdarəetmədə termin “kirliliyi”: Mission vs. Purpose

Əsl HR necə olmalıdır?

Potensial, yoxsa təcrübə? Hansı daha vacibdir?

Etiketlər

#MarketingAIR #MMF biznes business change clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness efficiency engagement focus idarəetmə kpi leadership management marketing marketinq menecment mission motivation organizationalatmosphere Purpose sales satisfaction satış seo smm socialmedia Speed strategicHR StrategicManagement strategy struktur system transformation təşkilati values vision
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu