Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Şənbə, May 17, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İdarəetmədə innovasiya. Dekabr ayı necə oldu ki, 38 gün oldu?

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

 

“İnnovasiya” deyəndə çox vaxt ağlımıza texnologiya, digital transformasiya, Elon Musk filan gəlir. Əslində isə İnnovasiya – biznesdə dəyər yaradan önəmli yeniliklərdir. Texnologiya ilə bağlı olmaya da bilər. Prosesdə yenilik, məhsulda yenilik, təşkilati yenilik, biznes modeldə yenilik və s. İnnovasiyada uğurlu olmaq şirkət mədəniyyəti ilə birbaşa bağlıdır.

Təcrübəmdən bir misal deyim. Bir dəfə noyabr ayının ortaları idi. Şirkətdə satışın tempi azalmışdı. Səbəbini araşdıranda aydın oldu ki, bütün bazar -müştərilər (topdançılar, marketlər), satış təmsilçiləri və s. – dekabr ayını gözləyirlər. Bir az müzakirə edəndən sonra özümüzə sual verdik ki, niyə dekabr ayını indidən (1 həftə öncədən) başlatmırıq ki? Elə bilək ki, dekabr ayı 31 gün deyil, 38 gündür. İşin içində olanlar bilirlər ki, bunu eləmək o qədər də asan deyil (maaşların/bonusların hesablanması, kampaniyaların sistem üzərindən tətbiqi, like-for-like analizlər və s.). Bütün çətinliklərə baxmayaraq qərar verdik və etdik. Nəticədə çox böyük satışa nail olduq. Bunu bazarda bizdən başqa heç kim etməmişdi. Dekabr ayı 1 həftə tez başladı – dekabrın kampaniyalarını, həyəcanını hamıdan tez bazara təklif etdik və böyük avantaj qazandıq. O qədər uğurlu oldu ki, hər il dekabr ayının 1 həftə tez başlamasına qərar verdik.

Bunu ona görə edə bildik ki, sistemin əsiri olmadıq. Bu, korporativ mədəniyyətdən irəli gəlirdi.  Komanda  olaraq ortaya iradə qoya bildik. Texniki və sistemsəl məsələləri biznesə uyğunlaşdırdıq. Həqiqətən də sistem, prosedurlar, qaydalar və s. biznesə xidmət etməlidir – biznesin yaxşılığı üçün olmalıdır, pisliyi (maneə) üçün yox.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu