Bir çox şirkətdə gördüyüm ortaq problem var: həyəcan əskikliyi.
Tapşırıqlar var. Deadline-lar var. Prosedurlar var. Amma bayram ab-havası yoxdur.
İşçilər robot deyil. Onları təkcə göstərişlə yox, həyəcanla da hərəkətə gətirmək lazımdır.
Mənim üçün transformasiyanın əsas şərtlərindən biri də budur:
Komandanı qələbəyə kökləmək, ruhlandırmaq və özün kimi inandırmaq.
-Tez-tez komanda ilə görüşüb vəziyyəti dəyərləndirmək,
-Hədəfi izah etmək,
-Proqresi bayram etmək,
-Və ən əsası – rəhbərlik olaraq sahədə olmaq.
“Bu döyüşdə biz bir yerdəyik.” mesajını verməliyik. Unutmayaq: Böyük transformasiyalar texniki yox, emosional dalğa ilə mümkün olur.
Həyəcan varsa, çox şey mümkündür.