Bir qərar verməzdən əvvəl özünüzə sual verin:
“Bu qərarın çatışmayan tərəflərini kimsə deyəcəkmi?”
Bəzi qabaqcıl şirkətləri bu sualı bir addım irəli aparıb idarəetmədə Red Teaming adlanan bir yanaşma tətbiq edirlər. Qısaca desək, bu, qərar qəbul edən komandanın qarşısında xüsusi bir “qırmızı komanda” yaradırlar. Onların vəzifəsi, komandanın hazırladığı planlara və qərarlara açıq şəkildə etiraz etmək, zəif tərəfləri göstərməkdir. Sanki “kritik dost” rolunda.
Amma burda vacib bir məqam var.
Qərarvermə mühiti yalnız tənqidə deyil, nikbinliyə də möhtacdır. Red Teaming-in faydasını gözardı etmək olmaz, amma çox neqativ yaratmaq da olmaz. Çünki biznesdə inam, motivasiya və pozitivlik çox vacibdir.
Bəzən isə elə bir Red Team tapırsan ki, insanlarda ümidsizlik yaradır. Bu artıq Red Team deyil, “Black Team” olur 🙂
Düzgün Red Team – planın zəiflərini göstərir, lakin komandanın inamını sarsıtmır. Başqa sözlə, kostruktiv yanaşır.
Rəhbər olaraq özünüzə sual verin:
Sizin komandanızda belə bir “dost-düşmən” varmı?
Bəs siz özü-özünüzə bəzən Red Team olursunuzmu?
Qeyd edim ki, Read Teaming yanaşması hərbidən gəlir. Nəsə planlamadan əvvəl düşmənin mümkün reaksiyalarını götür-qoy etmək çox vacibdir hərbidə. Buna “düşmən kimi düşünmək” deyirlər.
IT-də də istifadə olunur: “Hacker kimi düşünmək”.