Biznes görüşməsində “decision-maker (qərarverən) kimdirsə, onunla danışaq” demək çox böyük səhvdir. Qarşınızdakının ekspertizasına və peşəkarlıq iddiasına hörmət etməmək deməkdir. Bunu (decision-maker) ingiliscə demək də sizin peşəkarlıqdan uzaqlığınızı “yuya” bilmir bu məsələdə. Korporativ satışla məşğul olanlar bunu nəzərə alsın gərək.