Müştəriyə biz çox şey deyə bilərik.. Müxtəlif funksionallıqlar, dəyərlər, faydalar vəd edə bilərik. Əsas müştərinin nə alqıladığıdır. Müştəri bizə ödəniş edəndə o məbləği alqıladığı (qəbul etdiyi) dəyərlərin cəmi ilə müqayisə edir. Bu zaman alqılanan dəyər elementləri müxtəlif ola bilər. Məsələn, işinin asanlaşması, vaxtına qənaət etməsi, xərcinin azalması, nostalji yaşaması, insanlarla ünsiyyət qurma imkanı, xoşladığı dad və s.
Bu dəyər elementlərini yəqin ki ən yaxşı şəkildə Bain and Company şirkəti strukturlaşdırıb. Aşağıdakı linkdə daha ətraflı şəkildə həmin elementləri görmək olar.