Bu sual şirkət rəhbərlərini ən çox düşündürən suallardan biri olmalıdır. Çünki idarəçilər biznesi nə qədər çox anlasalar, CEO və idarə heyəti ilə eyni dalğada olacaqlar və daha çox qatqıları olacaq şirkətə. Bunu rəhbərlik təkcə gözləməməlidir menecerlərdən, təmin etmək lazımdır. Davamlı menecerlərlə toplantılar olmalı, şirkətin strategiyası, maliyyə vəziyyəti, planları, problemləri, çətinlikləri, məqsədləri, bazar mövqeyi və s. danışılmalıdır. Rəhbərliyin komandaya vaxtaşırı hesabat verməsi bu baxımdan da önəmlidir. Bu halda menecerlər şirkəti daha çox hiss edəcəklər və sahiblənəcəklər. Daha sağlam qərarlar verə biləcəklər.