Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

“Korporativ xasiyyət” olmayanda şəxslərin xasiyyəti önə çıxır

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

Bizim şirkətlərdə işçilərin (və ya namizədlərin) şəxsiyyəti, xasiyyəti daha çox söhbət mövzusu olur, nəinki peşəkarlığı.14650722_1238180246243551_4833887120219447775_n

Bu niyə belədir? Çünki şirkətə xas sistemli korporativ mədəniyyət, sistem formalaşdıra bilmirlər (yaxşı halda) və ya daha pisi, o haqda düşünmürlər heç. Bu halda təbii ki, şəxslərin xarakteri, özü ilə gətirdiyi mədəniyyət önə çıxacaq. Ümumiyyətlə, həmişə sistem olmayanda fərdlərin dominantlığı yaranır, fərdlər, onların xasiyyəti daha aktual olur.

Sistemli bir korporativ mədəniyyət (şirkətin dəyərlər sistemi) olanda isə hər kəs o dəyərlərə hörmət edir, ya da özünə o şirkətdə yer tapa bilmir. Nə qədər güclü fərd olsan da bu belədir. Cristiano Ronaldo fərd olaraq Real Madridin dəyərlərinə hörmət etməsə, bir gün də orda qala bilməz. Cristiano Ronaldo deyil, Real Madridin korporativ mədəniyyəti hakimdir orda.

Şirkətin strategiyası o vaxt işlək olur ki, strategiya şirkətdə hamı tərəfdən qəbul edilmiş, dərk edilmiş olsun. Bu, o vaxt mümkün olur ki, şirkətin dəyərlər sistemi, ideologiyası olsun. Bu halda hamının eyni nöqtəyə vurması təmin olunmuş olacaq.

Arzuolunan motivasiyaya, işçilərin şirkətə bağlılığına o vaxt nail ola bilərsiniz ki, işçilərlə şirkət arasında ideoloji bağ yaranmış olsun. Bu mənada korporativ mədəniyyət çox əhəmiyyətlidir. Güclü korporativ mədəniyyət və motivasiya sistemi olan şirkətlərdə işçi dövriyyəsi də aşağı səviyyədə olur.

Korporativ mədəniyyət formalaşmayana kimi fərdlərin şəxsiyyəti önə çıxacaq. Elə bir mühit formalaşdırmalısan ki, hər bir şəxs korporativ mədəniyyətlə hesablaşsın. Korporativ mədəniyyəti yaşatmaq üçün şirkətin dəyərlərinin müqəddəsliyi hər zaman əməldə sübut edilməli, hər zaman həmin dəyərlər təbliğ edilməlidir. Korporativ mədəniyyət təkcə şirkətin daxili işi deyil. Həm müştərilərlə, həm tədarükçülərlə, vətəndaş cəmiyyəti ilə – bütün steykholderlərlə (maraqlı tərəflərlə) münasibətlərdə şirkətin dəyərləri əsas götürülməlidir.

corporateculturesuccess

Korporativ  mədəniyyəti işçilərin “beyninə yeritmək” üçün böyük şirkətlər bəzən hekayələrə üz tuturlar. Həmin hekayələr vasitəsilə şirkətin vazkeçilməz dəyərləri, prinsipləri yaşadılmış olur. Korporativ mədəniyyət özünü “korporativ xasiyyət”də göstərir. Məsələn, “CocaCola xasiyyəti”, “Azercell xasiyyəti”, “Unilever xasiyyəti”, “P&G xasiyyəti”, “ADA xasiyyəti” və s.

“Korporativ xasiyyət” sistemsiz şəkildə də ortaya çıxa bilir. Sistemsiz şəkildə oratay çıxan xasiyyət yaxşı da ola bilər, pis də. Risklidir. Ona görə ən yaxşısı şirkət özünə uyğun bildiyi, nail olmaq istədiyi dəyərlər toplusunu, mədəniyyəti, xasiyyəti formalaşdırmalıdır.

Korporativ mədəniyyət websaytda yazmaq üçün deyil. Sən ona nail olmamısansa, heç bir şirkət mədəniyyətindən söhbət gedə bilməz.

Son illər böyük şirkətlər korporativ mədəniyyəti “ölçürlər” müxtəlif metodologiyalardan istifadə etməklə. Bunun üçün işçilərlə söhbətlər edilir, testlər edilir və s.

Korporativ mədəniyyət yalnız böyük şirkətlər üçündürmü? Xeyr əlbəttə. Korporativ mədəniyyət strateji məsələdir. Bütün ölçülü şirkətlər üçün vacibdir – necə ki strategiya bütün şirkətlər üçündür.

Şirkət rəhbərliyi çalışmalıdır ki, şirkətin korporativ mədəniyyəti zədələnməsin, yıpranmasın. Bütün istiqamətlərdə diqqət yetirilməlidir. Həm yeni işçi işə götürəndə, yeni tərəfdaşlarla müqavilə bağlayarkən, bütün biznes qərarlarının verilməsində korporativ dəyərlər “konstitusiya” rolunu oynamalıdır. Şirkətin “olmazları” olmalıdır, tərpənməz prinsipləri olmalıdır.

Tags: CorporateCulturecorporatepersonalityculturemissionstrategyvaluesvision

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu