Bəzən işdən həddən artıq həzz almaq təhlükəlidir. Xüsusilə yüksək və orta menecerlərdə. Məqsəddən qopara bilir adamı.
Çünki proses nəticə qədər önəmli deyil.
Nəticəyə fokuslanmaq lazımdır.
Tutaq ki, rəhbər istehsaldan həzz aldığı üçün bütün günü makinaların arasında “yatır”. Adını da qoyur ki, işin üstündəyəm, sahədəyəm və s.
Və ya rəhbər exceldə dərin təhlillər etməkdən zövq alır. Işinin çox hissəsini exceldə “qurdalanır”.
Belə olanda şirkətin məqsədlərindən yayınmaq təhlükəsi var. Ümumiyyətlə, düzgün planlama və prioritetləri düzgün qoymaq çox vacibdir.