Bəzən sahibkarlar/rəhbərlər yeni peşəkar cəlb edirlər, ona öyrəşmədikləri yüksək maaşı verirlər. Bu, onlara rahatlıq vermir. Gözlərinə yuxu getmir. Qısa zamanda nəticə gözləyirlər, qanqaraçılıq yaranır: təzyiq, gün saymaq, mikromenecment və s.
Ona görə də bu kimi məsələlərdə psixoloji rahatlığın olması, gözləntilərin düzgün uzlaşdırılması çox vacibdir. Bundan əmin olmaq lazımdır. Əks halda nə gələn yoldaş performans göstərə biləcək, nə də rəhbər xoşbəxt olmayacaq.