Tez-tez bu sualla qarşılaşıram: “Necə edək ki, işçilər şirkətə sahiblənsinlər?”
Çox uzun məsələdir, qısa olaraq isə belə deyə bilərəm:
- Sağlam iş mühiti.
İş mühiti çox yaxşı olmalıdır (sağlam korporativ müədəniyyət olmalı). Özlərini çox rahat, hüzurlu hiss etməlidirlər.
- Eyni “səhifədə” olmaq.
İşçilərlə tam eyni “səhifədə” olmaq lazımdır – şirkətin vəziyyəti, məqsədləri hədəfləri və s. barədə açıq dialoq olmalıdır.
- İşçilərə güvənmək, inanmaq lazımdır.
Əks halda sahiblik hissinə nail olmaq mümkün deyil.
- İşçiləri “biznesmen” eləmək lazımdır.
Biznesi, biznesin necə dəyər yaratdığını onlara öyrətmək lazımdır.
- Maraqların uzlaşması.
Şirkət marağı ilə işçilərin marağını uzlaşdırmaq lazımdır. Yalnız bu zaman “şirkətin uğuru = mənim uğurum” formulu yaranır.