İnsan kimliyi işçi kimliyindən əvvəl gəlir. Əvvəl gəlməlidir. Biz hamıya əvvəlcə insan kimi hörmət etməliyik. Onun işçi olması sonrakı məsələdir.
Bu cür yanaşanda rəhbər-işçi münasibətləri sağlam bünövrə üzərində qurulmuş olur. Əks halda istədiyimiz sağlam iş mühiti alınmaz.