Prioritetləşdirmə biznesdə həyati vacibdir. Çünki resurslar hər zaman məhduddur və rəqabətdə gec qala bilərik. Ən vacib işlərlə, ən çox dəyər yaradan işlərlə məşğul olmalıyıq.
Strateji idarəetmə məhz bunun üçündür ki, bütün görülən işlər şirkətin strateji ehtiyaclarına xidmət etsin. Gördüyümüz işlərin şirkətə təsiri (qatqısı), strategiyaya nə dərəcədə uyğun olduğu haqda fərqindəlik olmalıdır. Əks halda mənzərə xoşagələn olmaya bilər.. 2 misal göstərmək istəyirəm:
Hansısa məhsulun satışına dəstək vermək istəyirik, bütün resursları, komandanı səfərbər edirik bunun üçün.. Əslində isə, bu məhsulun satışı 5 dəfə artsa belə bizim biznesə ciddi dəyər qatmayacaq.
Və ya işçilərin hansısa bacarıqlarını inkişaf etdiririk, hesablayanda görürük ki, həmin bacarıqların biznes nəticələrinə təsiri çox cüzidir.