Biznes sadə və bəsit bir iş deyil. Biznesdəki problemlər də çox vaxt sadə və asan olmur. Amma bu o demək deyil ki, həmin problemlərdən yayınmaq üçün mütləq qəliz işlər görməliyik, qəliz düşünməliyik və s. Əksinə.. SADƏLİK biznesin təməl şərtlərindən biridir. Düzgün idarəetmə sadə həqiqətlər üzərində qurulur:
-Fərqindəlik (mövcud məziyyətimiz barədə),
-Aydın məqsədlər,
-Aydın prioritetlər,
-Yaxşı mühit/mədəniyyət,
-Düzgün fokuslanma,
-Maraqların uzlaşdırılması.