Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

10%-in əsiri olmaq və ya 10%-in tələsinə düşmək

Dekabr 18, 2024
in Menecment, Ümumi, Ümumi menecment

İdarəetmədə məşhur 20-70-10 qaydası (Jack Welch) var. Mahiyyəti odur ki, şirkətdə işçilərin 20%-i nə olursa olsun əllərindən gələni edirlər, işin haqqını verməyə çalışırlar. 70%-in davranışı və performansı mühitdən və sistemdən asılıdır. Pis mühitdə pis işçi olurlar, yaxşı mühitdə yaxşı – bizdən asılıdır. 10% isə yaxşı şərtlərdə belə yaxşı olmaya bilirlər. Məsələn, yaxşı iş mühiti yaradarsan, işçilərin motivasiyası üçün çalışarsan, həmin 10%-dən istədiyin geridönüşü almaya bilərsən. Bəzən idarəçilər bu 10%-ə görə yaxşılardan, doğrulardan imtina edirlər. Nəticədə 90%-in də performansı və davranışı istədiyimiz kimi olmur.

Bəzi misallar: Məsələn, deyirsən ki, mikromenecment yaxşı şey deyil. Nəticə tələb etməli, işçiləri rahat buraxmaq lazımdır ki, yaxşı performans göstərsinlər. Deyir ki, sui-istifadə edərlər. Həmin 10%-ə görə 90%-i də streslə işlədir.

Və ya deyirsən ki, işçiləri davamlı inkişaf etdirmək lazımdır. Deyir ki, öyrədirsən, çıxır gedir başqa şirkətə. Yenə həmin 10%-ə görə 90%-in də inkişafından imtina edir.

Bəs nə etməliyik? Doğruları etməliyik, 90%-ə fokuslanmalıyıq. Həmin 10%-in isə mənfi təsirlərini minimuma endirmək üçün sistemli işlər görmək lazımdır. 10%-in əsiri olub şirkətə ziyan vurmamalıyıq. 10%-in tələsinə düşməməliyik.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu