Şirkətin dəyərlərinin olması dayanıqlılığın əsas şərtlərindəndir. Dəyərlər şirkətin mədəniyyətini (korporativ mədəniyyət) formalaşdırır. Bu yaxında bir təlimdə “Dəyərlər şirkətə nə üçün lazımdır?” soruşdum, iştirakçılardan biri cavab verdi ki, “Dəyərlər şirkəti pis yola düşməyə qoymur”. 🙂 Çox xoşum gəldi bu cavabdan.
Dünya təcrübəsində ən populyar və ən çox qəbul olunmuş şirkət dəyəri “Integrity”dir. “Integrity” sözünün tam uğurlu tərcüməsi yoxdur dilimizdə – dürüstlüyü, etik yanaşmanı, mənəvi prinsiplərin gözlənilməsini, etibarlılığı (trust) və s. özündə əks etdirir.
Bəs sizin şirkətin dəyərlərinə nələr daxildir?
#integrity #value #culture #CorporateCulture