Biznesdə rəqabətin, yarışın inkişafa aparması heç kimdə şübhə doğurmur. Deməli, rəqabətin qarşısının alınması biznes sferasının, bununla da iqtisadiyyatın inkişafına sədd çəkməkdir.
Bu yazıda əsaslandırmağa çalışıram ki, Azərbaycanın biznesində olan əksər problemlər, çatışmamazlıqların səbəbi məhz rəqabət şəraitinin yetərincə olmamasındadır.
Rəqabət olmayanda şirkətlər, biznes subyektləri anormal (yüksək) mənfəətlə işləyə bildikləri üçün nə məhsulun keyfiyyətinə diqqət yetirilir, nə işçi qüvvəsinin səviyyəsinə və s. Ən ucuz və keyfiyyətsiz resurslardan istifadə edilir. Resurs dedikcə təkcə material, avadanlıq yox, həm də işçi qüvvəsi, menecment daxildir.
Beləliklə, əmək bazarında da rəqabət şəraiti olmur. İnhisarçı şirkətlər işçi qüvvəsinə artıq pul xərcləməyə (əmək haqqı, treninq və s.) maraqlı olmurlar. Çünki bununla heç bir fərq yaratmayacaq. Onsuz da bazarda dominantlıq edir. Əgər rəqabət olsaydı, istehsal amillərindən biri kimi işçi qüvvəsinin də səviyyəsi yüksəldilərdi.
Başqa sözlə, o şeylər ki, rəqabət şəraitində rəqibləri qabaqlamaq üçün rəqabət üstünlüyü ola bilərdi, onlardan imtina olunur. Buraya aşağıdakılar aid ola bilər:
Bizim bazarda bu sadalanan amillərin lazımi səviyyədə olmamasının səbəbi rəqabət şəraitinin normal olmamasıdır. Rəqabət olmayınca şirkətlər bu məsələlərə diqqət yetirmək, pul xərcləmək istəmirlər.
Rəqabət olanda şirkətlər sosial məsuliyyət, biznes etikası və s. kimi məsələlərə də xüsusi diqqətlə yanaşırlar. Əlbəttə, bundan bütövlükdə cəmiyyət faydalanır.
12 il əvvəl
Yazınız maraqlıdır. Hələki adi bir tələbəyəm və ciddi təcrübəm yoxdur amma həmişə məni maraqlandıran bir məsələ var: Fərz edək ki, mən şirkət qurdum. Bu şirkət də deyək ki, mebel istehsal edir və Azerbaycandadır. Məndən əvvəlki şirkətlər “rəqabət” aparmaq üçün qiymətlərini kifayət qədər aşağı salırlar və mənim sıxışdırırlar. Mən çıxandan sonra da qiymətlərini əvvəlkindən də yüksəyə qaldırıb davam eliyirlə. Bilirəm təkcə qiymət hər şeyi həll eləmir. Yeni qurulan şirkət bir çox analizlər aparıb ağıllı başla fəaliyyət göstərməlidir. Buna baxmayaraq çəkdiyim nümunələr kifayət qədər var məncə. Odur ki, kamil,sağlam rəqabət əsl rəqabətdir. Rəqabət mədəniyyəti inkişaf etməyən ölkədə bu anlayış kifayət qədər ciddi işdir. Siz necə düşünürsünüz: bizim bazarda belə hallar olur? Olursa nə etmək lazımdır? Bilmirəm bizim ölkədə var yoxsa yox amma qonşu Türkiyədə Rəqabət Hüququ var. Döblətin 6 əsas funksiyasından biri olan qərabəti dəstəkləmək və tənzimləmək funksiyası kifayət qədər yaxşı reallaşdırılır.