Bu günlərdə facebook-da əsasən marketerlərin toplaşdığı “Marketing Azərbaycan” qrupunda maraqlı bir müzakirə gedirdi. Müzakirə vaxtı belə fikirlər vurğulandı ki, müdir texniki və ya satış işçilərinə kömək edərsə, işçilər ona müdir kimi baxmazlar. Başqa cür desək, şirkət rəhbəri işçilərin gözündə “müdir” imicini qorumaq üçün mütləq onlarla “məsafə” saxlamalıdır… Bu fikri müdafiə edənlər o cür əsaslandırırdılar ki, əgər şirkət rəhbəri işçi ilə eyni “səngərə” girib onlarla çiyin-çiyinə işləsə, işçilər ona müdir kimi deyil, “səngər yoldaşı kimi” baxacaqlar, hörmət qoymayacaqlar və s.
Əslində bu belədirmi? Doğrudanmı bu halda həmin müdirə işçilər “müdir” kimi baxmazlar?
Mənim fikrimcə, bu, qətiyyən belə deyil. Avtoritar yanaşmadır.
İşçilərlə çiyin-çiyinə işləmək mütərəqqi motivasiya alətidir, liderlik alətidir. Müasir dövrdə işçiləri həvəslə “işlətməyin” yollarından biri elə işçilərlə məsafəni minimuma endirmək, onlarla eyni səngərdə olmaqdır.
Bu səbəbdən dünyada aparıcı şirkətlər “açıq ofis” konsepsiyasından istifadə edirlər. Yəni rəhbərlik ofisdə “keçilməz divarlar” arxasında, işçilərdən uzaqda deyil, onlara yaxın, şəffaf, açıq ofislərdə fəaliyyət göstərirlər. Bu, dünya trendidir. Görünür, bu trendi hələlik bizimkilərin əksəriyyəti qəbul edə bilmirlər.
İşçilərlə məsafəni azaltmaq, əksinə, şirkət rəhbərinin hörmətini, imicini artırar. Bunun bir çox nümunələrini görmüşük real olaraq.
Müdirlik imicini qorumağın yolları başqadır. Qərarlarında ardıcıl olmaqdır, işçilərlə səmimi olmaqdır, işçilərə hörmətdir və s.
Bunu hamı bacarırmı? Əlbəttə ki, yox. Şirkəti bu cür idarə etmək avtoritar üsullarla müqayisədə bir az çətindir. Daha çox peşəkarlıq tələb olunur. Bunun üçün şirkətdə motivasiya sistemi kompleks və ardıcıl olmalıdır. Amma daha uğurlu, etibarlı, sağlam menecment üsulu sayılır.
11 il əvvəl
Anar muellim ilk jazi munasibeti ile Sizi tebrik edirem. Movzudaki fikirlerle razijam AMMA ve LAKIN burada azerbajcan mentaliteti var. Nece ki, Siz Marketing AIR azerbajcan realliglarini dejirsiz elecede bu kejsdede azerbajcan realligi ferglidir. Biz idare olunmagi sevirik ve rehber cox semimi olanda onu rehber olarag gormurler…
11 il əvvəl
Rəhbər,lider odurki, ətrafındakılara öz təsir etmək nüfuzunun yönünü tapa bilsin. Bir müddət müşahidə üsulu ilə, ilkin olaraq fərdlər üzrə tapşırıq vermə üsulu ilə və s.Bunu tezliklə etsin. Azərbaycan adamının bir problemi var. ” drujba drujba, slujba slujba” anlayışı çox zəifdir. Loru dildə desək, işini adamla görürsən görməyinə, amma dostluq etməyə başlayarkən ehtiyat etməyə başlayırsan. Çünki sabahısı günü, beynindəki sonuncu dostluq havası çıxmır. . Amma heç bir iş asan deyil, amma çətində deyil. Hər şeydə bir nisbilik var. Nə diktator prinsipləri əsasında idarə edəcəksən, nə də ” bütün sərhədləri açaraq ” idarə edəcəksən. ORTA XƏTT. Sanki birinci vəzifən odurki, işçilər anlasınki, mən işçini işinə görə çox dəyərləndirirəm, amma bunun şəxsi münasibətə aidiyyatı yoxdur.
İnsanların əksəriyyəti heç vaxt fikirləşmirki, iş yoldaşları ilə gözəl münasibət elə onun işi sayəsində olub. O öz işinə minnətdar olmalıdırki, onu ətrafdakı insanlarla birləşməsinə səbəb olub. Demək bir məntiq var ortada. Biz işimizin xatirinə bir aradayıq. Bizi bir birimizə dogma edəndə işimizdir. Bax işdə iş prinsipi burdan doğur, yəni sədaqətliliyindən. Bu sənin sədaqətliliyinin göstəricisidir. Bax bunu sən öz əməllərindən işçilərinə anlada bilsən, bütün sərhədləri və maksimum münasibət imkanlarını işçilərinə göstərə bilsən, bax onda Anar bəy ,siz deyən olur. Çətin və sadə,amma gözəl olur.
biraz uzun oldu elə bil :).