Anar Bayramov
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
Cümə, May 16, 2025
  • Marketinq strategiyası
  • Satış , CRM
  • Biznes trendləri
  • Motivasiya , Liderlik , Karyera
  • Ümumi menecment
  • Digər məqalələr
No Result
View All Result
  • Əsas səhifə
  • ANAR BAYRAMOV KİMDİR ?
  • Marketinq
  • Menecment
  • Əlaqə
No Result
View All Result
Anar Bayramov
No Result
View All Result
Ana səhifə Menecment

İşləyə-işləyə iş axtarmaq olmaz?

Dekabr 18, 2024
in Menecment, Motivasiya , Liderlik , Karyera, Ümumi

Tez-tez bu mövzu gündəmə gəlir. Şirkət rəhbərləri bəzən ən arzuolunmaz işçi hesab edirlər “boss.az” tipli saytlara FB_IMG_1427797492731 - Copygirən işçiləri. Həmin işçilərə xəbərdarlıq edənlər də olur. Xəyanətdə suçlayanlar da olur həmin işçiləri.

Mən necə düşünürəm bu haqda?

Mənim fikrim odur ki, işçi işlədiyi yerdə vicdanla işləməlidir. Həmin şirkət üçün bütün bacarığını ortaya qoymalıdır.

Amma bu, o demək deyil ki, işçi gözünü yumaraq ətrafa baxmadan işləsin, əmək bazarındakı vəziyyəti izləməsin.

Rəqabətdir. Şirkətini elə şirkət elə ki, hər kəs burda işləmək istəsin. İş saytlarına baxıb qaçmaq istəməsinlər. Baxsalar da, görsünlər ki, burda qalmaq yaxşıdır. Bağlansınlar şirkətə. Qarşılıqlı olmalıdır münasibət. Birtərəfli şəkildə loyal olmaq məcburiyyətində deyil heç bir işçi.

Şirkət (işəgötürən) özünü elə aparmamalıdır ki, sanki işçiləri dünayaya elə bu şirkətdə işləmək üçün gəliblər. İşçi və işəgötürən hər ikisi məmnun deyillərsə, münasibətlər qarşılıqlı faydalı (win-win) deyilsə, həmin işçinin şirkətdə qalması da doğru deyil.

Bu həm də o deməkdir ki, işin səni qane etmirsə, şirkətdə ola-ola işləməmək, işdən boyun qaçırmaq doğru deyil. Vaxtında çıxıb getməlisən bu halda. Şirkətdə işləyirsənsə, vicdanla işləmək borcundur.

Əmək bazarında rəqabət gücləndikcə şirkətlər də daha məsuliyyətli olacaqlar işçilərlə münasibətdə. Yaxşı işçilərin qiymətini daha çox biləcəklər. İşçilər də yaxşı şirkətlərdə işləməyə çalışacaqlar.

Eyni zamanda, uğurlu və peşəkar karyera ciddiliyi sevir. Gündə bir yerdə işləmək, qısamüddətli yanaşma yaxşı qarşılanmır haqlı olaraq. Ciddi, məqsədyönlü, ardıcıl olmaq lazımdır seçimlərdə.

Digər yazılar

Müştərimizlə eyni dünyadayıqmı?

10%-in tələsinə düşməyək! 20-70-10 qaydasını izah edirəm

Value Metrics – başqa sözlə, idarəetmədə “dəyər dili”

SAT Group’un biznes/strategiya konsaltinqindəki üstünlükləri haqda danışdım

Marketing Talks-da Strateji idarəetmədən danışdıq

Red Teaming və ya “xeyirli düşmən”

Strategiya bu gün üçün daha çox aktualdır, nəinki sabah üçün

Marketing Talks-da idarəetmə haqda söhbət etdik

Biznes-Miznes podkastında söhbətimiz

SAT Group-da Konsaltinq prosesini necə həyata keçiririk?

İnsanların çoxu yaxşıdır

FƏRQLƏNDİRMƏK çox vacibdir idarəetmədə

SAT Group konsaltinqi şirkətlərə necə kömək edir?

Qadın olmaq, sakit olmaq və ya sərt olmaq idarəetmədə problem yaradır?

“Həqiqət anı” və ya “sonra gec ola bilər!”

Etiketlər

#MarketingAIR #MMF advisory biznes business clv consulting CorporateCulture CRM culture customer CVM data decisionmaking effectiveness focus idarəetmə kpi leadership management marketing marketingstrategy marketinq menecment mission motivation müştəri nps OperationsManagement organizationalatmosphere outbound performance pr Quality reputation research sales satisfaction seo Speed strategy ValueMetrics values vision şirkət
Anar Bayramov

© 2025 Anar Bayramovun bloqu

Keçidlər

  • Ümumi
  • Menecment
  • Marketinq

Sosial

No Result
View All Result
  • Ana səhifə
  • Anar Bayramov kimdir ?
  • Marketinq
    • Marketinq strategiyası
    • Satış , CRM
    • Digər məqalələr
  • Menecment
    • Biznes trendləri
    • Motivasiya , Liderlik , Karyera
    • Ümumi menecment
  • Əlaqə

© 2025 Anar Bayramovun bloqu