İş yerində facebook və digər sosial şəbəkələrdən istifadə olunması, demək olar ki, əksər təşkilatlarda aktual mövzudur.
Bu məsələdə şirkətlərin 3 müxtəlif yanaşması var.
1) Heç kimə icazə verilmir
2) Məhdud sayda işçiyə (yüksək vəzifəli menecerlərə) icazə verilir
3) Hər kəsə məhdudiyyətdiz icazə verilir.
Hər bir şirkət rəhbərliyinin yanaşmasında öz arqumentləri var, əlbəttə.
Mən 3-cü yanaşmaya haqq qazandırıram. Hesab edirəm ki, motivasiya sistemi və ümumi təşkilatdaxili mühit sağlamdırsa, bu tipli məhrumiyyətlərin ziyanı xeyrindən çox olacaq. Yəni şirkətin (təşkilatın) bütün üzvlərinin eyni məqsədə doğru hərəkət etmələrinə nail olunubsa, işçilər özləri müəyyən edəcəklər ki, işləri facebook-dan istifadə etməyə nə dərəcədə imkan verir.
Fikrimi daha aydın formada aşağıdakı səbəblərlə çatdırmaq istərdim:
1) İşçi gününün çox hissəsini işdə keçirir. Sosial şəbəkələr isə hazırda az qala ərzaq qədər zəruri tələbata çevrilib. İşçiləri bu tələbatdan məhrum etmək düzgün deyil. İşçi necə ki işdə çay içə bilir, su içə bilir, facebook-dan niyə istifadə etməsin?
2) Facebook və digər sosial şəbəkələr çox mühüm ünsiyyət alətidir hazırda. 21-ci əsr insanını bundan məhrum etmək həmin insanları yeniliklərdən də məhrum edəcək. Əlbəttə bu, birbaşa insanın inkişafına təsir edən amildir.
3) Hər bir məhdudiyyət və məhrumiyyət işçilərin davranışına və məhsuldarlığına mənfi təsir göstərir.
4) Onsuz da bu məhdudiyyətin bəlli sərhədi olacaq. İşçilərin telefon (smartfon, digər) vasitəsilə facebook-a daxil olmasına heç kim mane ola bilməyəcək. Nəzərə alsaq ki, insanlarda məhdudiyyətlərə qarşı təbii müqavimət var, bu zaman facebook-a komputerlə daxil olmanın qarşısını almağın nə mənası var ki?
5) İşçinin şirkətə maksimum bağlılığı, sadiqliyinə o vaxt nail olunacaq ki, işçi iş yerində özünü az qala evdəki kimi sərbəst hiss etsin, süni məhdudiyyətlərlə üzləşməsin.
6) İşçinin sosial həyatına maneçilik yaradılmamalıdır. Digər tərəfdən, işçinin sosial şəbəkələrdəki aktivliyi şirkətin də adının hallanmasına, gizli PR-a səbəb olur.
Bu mövzuda Linkedin-də də müzakirə açmışam. Ordakı müzakirələrdə də iştirak edə bilərsiniz:
12 il əvvəl
Anar,fikirlerinle tamamile raziyam.en onemli fikir burda meshur reklamda deyildiyi kimi qaydalar ele onlari pozmaq ucundur.shexsen oz adima dete bilerem ki bozim ishde sosial shebekelere daxil olmaq qadagandir,hetta cerimesi de var ve az mebleg de deyil,buna baxmayaraq hami daxil olur.chunki heqiqeten de bunsuz mumkun deyil.her xeber saytina (sosial,iqtisadi,siyasi,idman,hava,medeniyyet ve s maraqllardan asili olaraq) ayri-ayri daxil olub vaxt itirmekdense ele hamisi haqda sosial shebekelerden melumat alinir.bir sozle,duzgun qeyd etmisen ki onsuz da ishchi ozu bilir ne qeder vaxt kechire biler,tebii ki,normal ishci ishini qoyub sosial shebekede oturmaz ve eger bele bir ishcin varsa da gunah ele hemin muessisenin ozundedir ki,ele bir insani isci olaraq secib 🙂
12 il əvvəl
Əslində şirkətlərin 3 deyil 4 müxtəlif yanaşması olur. 4-cüsü isə iş vaxtının müəyyən saatlarında (məs. nahar vaxtı) giriş üçün icazə verilir.
12 il əvvəl
Men de 3-cu yanashmayla raziyam,ozumden geldiyim neticeni soyleye bilerem ki ishlediyim ishde bu seraiti yaratmaqlari meni sixici ve gergin ish sheraitinden xilas edir,ve tebiiki bu da menim ish qabiliyyetime yuksek tesir gosterir…Ugurlar )
12 il əvvəl
Anar, bu movzu sozsuz ki, aktualdir. Bir shirket rehberi kimi men de oz ishchilerimi sosial sebekelerden istifade etmeye icaze vermirem. İshchi eger ishe gelirse ve o, buna gore mevacib alirsa o oz ishini gormelidir. Bu gun facebook sabah porno saytlar ve bibir gun bashqa seyler.
12 il əvvəl
Əla yazıdı təbriklər.
12 il əvvəl
Bizdə 2ci yanaşmadı amma rehberlere yox İT işçiləri ilə yaxın olanlarda Fb açıqdı. Məntiqsizdir bu cür hərəkətlər. Bunun əsas səbəbi demokratik idarə etmənin olmamasıdır. Rəhbərlərin coxu özlərini ağıllı sayır amma burunun ucundan uzağı görə bilmir. Yaxşı qeyd etmisiniz ki PC vasitəsilə girə bilməyəcək telefon deyilən bir şey var ( hələ mən tunel saytları, bloka qarşı proqramları demirəm). Əgər rəhbər işçilər düşünür ki, işçilər internetdən istifadə edə bilmir mən bu cür rəhbərlərə sadəcə bir şey deyə bilərəm:”Sən də işçi seçə bilmirsən amma rəhbərsən… Secdiyin işçidə sənin kimi internetden sui istifadə etsədə işini görəcək.”