Keçidlər

ANAR BAYRAMOV KİMDİR ?

Anar Bayramov 1985-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur.URgBG_wb_400x400

2002-ci ildə İsmayıllı şəhər 1 saylı orta məktəbi bitirmişdir.

Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına qəbul olmuşdur. 2-ci kursdan Xüsusi İstedadlar Qrupuna keçirilmiş, 2006-cı ildə bakalavr pilləsini başa vurmuşdur.

1 il (2006-2007) Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur.

2008-2010-cu illərdə İqtisad Universitetində birinci dəfə magistr dərəcəsi almışdır.

2019-2021-ci illərdə isə Frankfurt Universitetində (Frankfurt School of Finance and Management, Almaniya) ikinci dəfə magistr dərəcəsi almışdır.

2023-cü ildən başlayaraq Aqrar Tədqiqatlar Mərkəzində iqtisadiyyat üzrə doktorantdır.

2005-2008-ci illərdə MÜLLER İNTERYER şirkətində mühasib, baş mühasib, maliyyə direktoru vəzifələrində işləmişdir.

2008-2011-ci illərdə MÜLLER İNTERYER şirkətinin direktoru olmuşdur.

2012-ci ildə bir müddət İDEA şirkətində baş direktor müavini işləmişdir.

2012-2013-cü illərdə ORO MEBEL şirkətinin baş meneceri olmuşdur.

2013-2015-ci illərdə AZGRANATA şirkətində vitse-prezident işləmişdir.

2015-2017-ci illərdə DəmirBank ASC-nin Marketinq Departamentinin direktoru kimi çalışmışdır.

2017-2018-ci illərdə Azgranata Distribution şirkətinin baş direktoru olmuşdur.

2013-2017-ci illərdə İqtisad Universitetinin MBA proqramında Menecment və Marketinq tədrisi ilə məşğul olmuşdur.

2018-ci ilin iyul ayından 2019-cu ilin dekabr ayına kimi “MODERN GROUP of COMPANIES” şirkətlər qrupunun CEO-su olaraq çalışmışdır.

2019-cu ilin dekabrından başlayaraq 2020-ci ilin iyul ayına kimi AZGRANATA şirkətinin CEO-su və İdarə Heyətinin Sədri olmuşdur.

2020-ci ilin iyul-oktyabr aylarında Binə Agro şirkətinin CEO-su olaraq çalışmışdır. 2020-ci ilin noyabr ayından 2021-ci ilin sonuna kimi Star Group şirkətlər qrupunun CEO-su kimi fəaliyyət göstərmişdir.

4 biznes kitabının – “İdarəetmə dəyər yaratmaq işidir” (Bakı-2022), “Biznes İdarəçiliyi” (Bakı-2018), “Biznes nə istəyir?” (Bakı-2015) və “Biznes və Menecmentin Əsasları” (Bakı-2011) müəllifidir.

SAT Group şirkətinin həmtəsisçisi və biznes konsultantıdır.

Evlidir, 2 övladı var.