Bizim supermarket şəbəkələri hələ də elə davranırlar ki, elə bil malın rəfdə olmaması onların problemi deyil, istehsalçının (və ya dağıtım şirkətinin) problemidir. Hələ gəlib çatmayıblar buna. Mərkəzləşmiş anbar sistemini qura bilmirlər. Ümumiyyətlə, təchizat zəncirinin (həm də dəyər zəncirinin) idarə olunması arxa planda qalıb kimi görünür.
Dünya trendi mərkəzləşmiş anbar sistemini də geridə qoyur artıq. Şəbəkələr hər bir marketinə təkcə “satış nöqtəsi” kimi yox, “dağıtım mərkəzi” kimi baxırlar. Stock elə nizamlanır ki, ehtiyac olduqca yaxınlıqdakı marketdən mal göndərilir.
Bununla rəfdə “malsızlıq” (out of stock) minimuma enir.