Bir çox şirkət rəhbərlərinin “stukaç” (xəbərçi) saxlamağı labüd hesab etdiyi şübhəsizdir. Müxtəlif cür don geyindirirlər buna – köməkçi, HR menecer, katibə, nəzarətçi, mühafizəçi, “yaxın adam” və s.
Həmin rəhbərlər elə düşünürlər ki, şirkətdə nələrin baş verdiyindən xəbərdar olmağın yeganə yolu budur. Eyni zamanda hesab edirlər ki, işçilərin nədən danışdığını, şəxsi münasibətlərini bilməkdən vacib işi yoxdur şirkətin.
Onlar əsasən köhnədən qalmış, müasir menecment üsullarından xəbəri olmayan rəhbərlərdir.
Mövqeyimi aşağıda daha ətraflı təsvir etməyə çalışıram:
-Əsl rəhbər şirkətdə “stukaç” saxlamağı özünə rəva bilməsin gərək. Nəzarət etməyin müasir, ağıllı, mütərəqqi formaları mövcuddur. Bunun üçün daxili nəzarət, daxili audit sistemi, hesabatlıq sistemi və s. qurula bilər.
-Tutaq ki, həmin işçinin xislətindədir problem. Hətta bu amil də əsas vermir ki, digər işçilərin adı boş yerə hallansın.
-İşçidən ”stukaç” kimi istifadə etməyə ehtiyac bilən rəhbər həmin işçini də alçaltmış olur. Həm yaxşı rəhbər olmaq, həm də işçini alçaltmaq mümkün deyil.
-Bu hal mövcud olan şirkətlərdə şirkətdaxili atmosfer heç vaxt sağlam ola bilməz. Düzgün motivasiya sistemindən söhbət gedə bilməz.
-Bir də ki, həm “stukaç” olub, həm də obyektiv, qərəzsiz olmaq mümkündürmü sizcə? 🙂 Heç olmasa bunu nəzərə alsınlar.
-“Stukaç” üsul-idarəsi olan şirkətlərdə digər işçilər/menecerlər tez-tez özlərini “məhkəmədə” hiss edirlər. Çünki yersiz söz-söhbətlərin içində özlərini “müdafiə etməli” olurlar. Bu şəraitdə hansı məhsuldarlıqdan söhbət gedə bilər? Hansı həvəslə işləməkdən söhbət gedə bilər?
-Ümumiyyətlə, harda “stukaç”lıq işləyirsə, orda hansısa komanda ruhundan, korporativ dəyərlərdən danışmaq olmaz.
10 il əvvəl
Stukaçlar əsasən mənəviyyatsız insanlardır. Şəxslər barəsində verəcəkləri məlumat qərəzli olmaqla bərabər qeyri professional düşüncələrə əsaslandığından mütəxəssislər üzərinə qara yaxmaq missiyasını həyata keçirir. Yəni, araşdırma bir tərəfli gedir. Stukaç xəbərçilik etdiyi insan barəsində məlumatı təbii ki, narazı kütlədən alır. Həmin narazı kütlənin və ya insanların hansı səbəbdən narazı olmaları isə heç nəzərə alınmır və yaxud da narazılığın səbəbini araşdırmaq üçün həmin stukaçda profesionallıq çatışmır. Bəzən də stukaçlar gözə girmək və əmək haqqılarının artırılması üçün dəridən qabıqdan çıxırlar. İnsanlara qara yaxmaq onlar üçün ən asan işdir Vicdanları heç sızlamaz. Təki rəhbər onları görsün. Belə bir mühit isə şirkətdə kadr axıcılığının güclənməsinə, şirkətin mənfi imicinin yaranmasına səbəb olur. Çox təəssüf hissilə bildirmək istəyirəm ki, bu mənada Qərb mədniyyətinə inteqrasiya edə bilmək üçün şirkət rəhbərlərinin kifayət qədər səriştəsi yoxdur. Bütün bunların isə əsasında “Fobiya” durur. Bəşərriyətin bir çox problemlərinin arxasında bu amil durur. İnsanlarda yaddaş pozğunu buna misal çəkmək olar. Müasir, öz gücənə inanacaq, mütəxəssislərinə etimad göstərəcək, sistemli şəkildə idarəetmə sistemini yaratmaqla şirkətini idarə edəcək və inkişafa aparacaq “Lider”lər çox azdır. Təəssüflər olsun.
10 il əvvəl
Müthiş yazı və müthiş rəy! Hər ikinizə təşəkkür edirəm. Az nəzərə alınan, amma çox fəsadları olan bir bəladır. Fikirlərinizə istisnasız qatılıram.
10 il əvvəl
Təşəkkür edirəm
10 il əvvəl
Təşəkkür edirəm!
10 il əvvəl
Anar muellim cox gozel tesvir etmisiniz.bele insanlar adedten elinde olnin itirmek qorxusu olur.ona gore de,uzun vadeli dusune,plan qura bilmirler.