Peşəkar rəhbər

Oxşar məqalələrim :

Şərh sayı : 11

  1. 7 il əvvəl

    Salam, Anar!
    Peşəkar rəhbər həm də liderdir desək yanılmarıq ki, necə düşünürsən? Çünki biznesdə menecer və lider anlayışları ayrı xarakterizə olunur. Əgər peşəkar rəhbər liderdirsə, o hansı proseslərdən və mərhələlərdən keçməlidir ki, peşəkar rəhbərə çevrilsin, yoxsa onun özünəməxsus (anadangəlmə) xarakteri olmalıdı bunun üçün? Çünki özün də qeyd etmisən təkcə işi bilmək şərt deyil.

  2. 7 il əvvəl

    Vusal, əlbəttə rəhbər bir liderdir. Sadəcə şirkətin rəhbəri üçün liderlik keyfiyyətləri kafi deyil, həm də yaxşı menecer olmalıdır. Əksər liderlik xüsusiyyətləri anadangəlmə olsa da, bəziləri sonradan qazanılır. Rəhbər üçün təcrübənin də rolu böyükdür, çünki bir çox hallarda çevik qərar vermək üçün təcrübədən qaynaqlanan intuisiyanın köməyi olur.
    Yazıda da altını cızdığım kimi, şirkətin rəhbərinin işin texniki tərəflərini bilməsi, vaxtını daha çox ona cəmləməsi ümumi işin xeyrinə deyil. O, vaxtını daha səmərəli istifadə etməlidir.

    • Nigar Jəfərova

      7 il əvvəl

      Anar, Vüsal – Əqər kim isə rəhbər pilləsinə gəlib çatıb, demək o insanda liderlik xüsusiyyətləri anadangəlmə var. (Yeri gəlmişkən, bu yaxınlarda elmi filmə baxmışam, alimlər deyirlər ki, liderlik xüsusiyyətlərini sonradan qazanmaq olmaz, anadangəlmə nə var odur)).
      Ancaq lider öz ətraflna insanları yığıb, onları idarə edə bilər. Amma əlbəttə, Anar, razıyam ki, lider olmaq kafi deyil, rəhbər menecmenti MÜKƏMMƏL bilməlidir.

  3. 7 il əvvəl

    Nigar xanım, icazə verin Sizinlə birinci cümlədə razılaşmayım. Əgər dediyiniz kimi olsaydı, o zaman yarıtmaz rəhbərlikdən söhbət getməzdi və bugün bir sıra şirkətlər yarıtmaz rəhbərlərin (peşəkarlığından aslı olmayaraq) lider ola bilməməsi üzündən əziyyət çəkməzdi. Alimlərin dediyi ilə bağlı, bu həqiqətən çox mübahisəli məsələdir, hər iki mövqeyin tərəfdarları həddən çoxdur. Mən deyərdim, 60% anadangəlmə, 40% sonradan qazanılmış olur liderlik keyfiyyəti.
    Düşünürəm ki, lider idarə etmir, arxasınca aparır, idarə edən artıq menecerdir. Liderlə menecer fərqli anlayışlardır, yaxşı menecer lider olmaya bilər və yaxud əksinə.

  4. 7 il əvvəl

    Anar, razıyam səninlə. Düsturu belə qurmaq olar: Peşəkar rəhbər = Lider + Peşəkar menecer

  5. Ramin

    7 il əvvəl

    Məncə “peşəkar rəhbər” anlayışı tamamiylə nisbi bir anlayışdır. Belə düşünürəm ki, sadədcə “rəhbər” və “şirkət rəhbəri” anlayışlarına ayrı ayrılıqda aydınlıq gətirsək məslə daha aydın olar. Çünki, peşəkar siyasi rəhbər ve peşəkar şirkət rəhbəri tam şəkildə ayrı-ayrı məqsədlər uğrunda çaılışır. Biri nüfuz digəri isə mənfəət əldə etmək niyyətindədir. Bütün bunlarla yanaşı peşəkar rəhbər anlayışı hətta iqtisadi fəaliyyt sahələri üzrə də müəyyən mənada nisbi xarakter daşıyır. Məsələn: mən bir maliyyə şirkətində rəhbər kimi çaılışıramsa bilməli və sahib olmalı olduğum ən önəmli detallar maliyyə analizi, mühasibatlığın əsasları, maliyyə bazarlarında iş planı və ya strategiyası, idarəetmə bacarıqları və s. kimi olmalıdır. Yəni mən tam şəkildə peşəkar bir maliyyə idarəedicisi olsamda bu hər hansı bir telekomunikasiya şirkətində də peşəkar rəhbər ola biləcəyim anlamına gəlməz. Məncə peşəkar rəbər çalışdığı sfera üzrə bazara yaxşı bələd olan, doğru zamanda doğru qərar qəbul edə bilən, personalı və iqtısadi resursları optimal şəkildə istiqamətləndirən şəxsdir.

    P.S. Maraqlı post üçün bloq sahibinə təşəkkür edirəm.

  6. 7 il əvvəl

    Ramin bəy, sizə də maraqlı şərh üçün təşəkkür.
    Mən bu postda “rəhbər” dedikdə məqsədi mənfəət qazanmaq olan şirkətin rəhbərini nəzərdə tutmuşam.
    Mənim fikrimcə, maliyyə şirkətinin rəhbəri bir rəhbər kimi peşəkardırsa, o, telekommunikasiya sahəsində də peşəkar rəhbər olacaq. Sadəcə, çalışdığı sfera üzrə nə qədər məlumatlı olarsa, şirkətin işinə bir o qədər xeyri olar.

  7. Fariz

    7 il əvvəl

    Dear Nigar,

    There is no such thing as a “natural-born leader”. The secret lies in learning skills, just as you learn to tie your shoes or solve an algebra problem…
    If leadership skills couldn’t be developed, or leaders were not made, major corporations would not spend millions of dollars on leadership training each year. In today’s world of fierce competition, companies need leaders with more of comprehensive skills rather than a commanding boss who is giving directives. And those skills can be accumulated through the years of hard work and efforts. (damla-damla topladiq meselesi)
    However, I don’t totally deny the fact that, some people are born with special skills which contribute to their leadership.

    • 7 il əvvəl

      Thank you brother for the broad explanation and contribution! I totally share the idea that there is no such thing as a “natural-born leader”.

  8. Fariz

    7 il əvvəl

    You are welcome, Anar! Actually we should thank you for such a good blog and raising excellent questions here!

  9. Niyazi Mammadov

    7 il əvvəl

    Burada yerli mədəniyyət amili də ön plana keçir. Azərbaycanda uğurlu şirkət rəhbəri başqa coğrafiyada eyni mövqe tutarsa iflas edə bilər. Bəzən tabeçilikdəki insanların yersiz tolerantlığı sayəsində avaranın, öz yerində addımlayanın biri böyük bir müəssisənin rəhbəri olaraq qalır, halbuki nə xarizması var, nə də menecment qabiliyyəti. Buradan belə nəticə çıxır ki peşəkar rəhbər o cümlədən başına peşəkar işçilər toplayandır. Tabeçilikdə işləyənlərin əksəriyyəti qeyri-peşəkardırsa, artıq bunu rəhbərin real vəziyyətinin inikası saymaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*
*